“The Tomorrow War” Filmindən İlk Kadrlar Yayımlandı!

13 Noyabr, 2019


Parks and Recreation serialı ilə diqqətləri üzərinə çəkdikdən sonra, "Hər şeyi dəyişən adam" (Moneyball) və bütün filmləri ilə film dünyasında adını eşitdirməyi bacaran Kris Pratt (Chris Pratt), 2014-cü ildə "Qalaktika müdafiəçiləri" (Guardians of the Galaxy) ilə Marvel Sinamatik Evreni’nə addım atdı. Bu filmdən sonra karyerasında yüksəlişə keçən Pratt, ilərləyən dövrlərdə "Yura Dövrü" (Jurassic World), The Magnificent Seven, "Qisasçılar: Sonsuzluq savaşı" (Avengers: Infinity War), The Lego Movie, Passengers kimi proyektlərdə varlıq göstərdi.

Növbəti illərdə "Qalaktika müdafiəçiləri 3" (Guardians of the Galaxy) və "Yura Dövrü" (Jurassic World) filmlərində qarşımıza çıxmağa hazırlanan Kris Pratt (Chris Pratt), baş rolunda yer aldığı yeni filmi The Tomorrow War ilə prodüserliyə addım atır.

Картинки по запросу Chris Pratt Sci-Fi Paramount-Skydance Pic ‘The Tomorrow War’ Sets Christmas 2020 Release

Kris Prattli (Chris Pratt) The Tomorrow War’dan ilk kadr yayımlandı. Kris Prattin (Chris Pratt) prodüserliyini üstləndiyi, kəskin və elmi-fantastik janrlarını birləşdirən The Tomorrow War filminin aktyor heyətində The Handmaid’s Tale serialında möhtəşəm bir performans göstərən İvon Strahovski (Yvonne Strahovski), GLOW serialı ilə böyük uğur əldə edən Betty GilpinWhiplash ilə “Oskar” qazanan C.K. Simmons (J.K. Simmons) yer alır. Filmin rejissorluğunu The Lego Batman Movie’yə imza atan Chris McKay üstlənir.

Похожее изображение

Deadfall24 Hours to Live filmlərinin ssenaristi Zach Dean‘in ssenarisini yazdığı film, izləyiciyə insanlığın kosmik varlıqlara qarşı məğlub olduğu müharibənin sonunda dəyişən bir dünyaya dəvət edir. Elm adamları da bu qaydanı dəyişdirmək üçün yeni əsgərlər yetişdirməyə başlır. Mövzusu və yayımlanan kadrları ilə "Gələcəyin həddi" (Edge of Tomorrow) və "Məğlubedilməzlər"i (The Expendables) xatırladan filmin premyera tarixi hələ dəqiqlik qazanmadı.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər