İvonn Strahovski
Aktrisa
İvonn Jaklin Strejehovski 30 iyul 1982-ci ildə Sidney şəhərində (Yeni Cənubi Uels, Avstraliya) anadan olub. Strahovski karyerasına Avstraliyada müxtəlif filmlərdə və teleşoularda çəkilməklə başlayıb. “Double the Fist” satirik şousunda və “headLand” dramında iştirak edib. “Çak” serialının sınaq çəkilişlərində iştirak etmək üçün və layihədə rol almaq məqsədilə ABŞ-a gedir. Eyni vaxtda NBC telekanalının “Bionic Woman” serialının seçim turu gedirdi. İvonn rezümesini hər iki layihəyə göndərir və nəticələri gözləyir. Çox keçmir ki, “Çak” serialının prodüseri onunla əlaqə saxlayır və ona Sara Uolker rolu verildiyini deyir. Həmin gün prodüser nəinki İvonn ilə, amerikalı aktyor Zəkəri Livayla da müqavilə imzalayır. Altı aydan sonra İvonn ABŞ-a köçür. 2009-cu ildə Strahovski "Maxim" (Maxim’s 2009 Hot Women of the World) jurnalının “Dünyanın ən cəzbedici qadınları” siyahısında 94-cü yeri, 2012-ci ildə isə 35 yeri tutur. 2010-cu ildə İvonn "Mass Effect 2" oyunu üzərində işləməyə razılıq verir. İvonn oyunda nəinki Mirandanı səsləndirir, eyni zamanda animasiyasında çəkilir. Miranda Lousonun xarici görünüşü İvonndan götürülüb. "Mass Effect Galaxy" oyununda da oyunun böyük hissəsində iştirak edən Mirandanı görmək olar. 2012-2013–cü illərdə “Dekster" serialında çəkilib. 2017-ci ildən aktyor Tim Loudenlə evlidir. Cütlüyün bir oğlu var (2018-ci il təvəllüdlü).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Yvonne_Strahovski