Nikolas Keycli "Color Out of Space"dən Treyler Yayımlandı!

11 Noyabr, 2019


Baş Rolunda Nikolas Keycin (Nicolas Cage) yer aldığı, H.P. Lovecraft adaptasiyası Color Out of Space’dən treyler yayımlandı. Filmin rejissor kürsüsündə uzun müddət sonra çəkiliş meydanına qayıdan Richard Stanley oturur.

Xüsusilə son illərdə rol aldığı filmlərdə pis performanslara imza atan Nikolas Keyc (Nicolas Cage), buna rəğmən hər il ən az üç ya da dört filmdə rol almağı bacarır. Keyc, keçən il isə bəzi tənqidçilər tərəfindən karyerasının ən yaxşı performansı olaraq göstərilən Mandy filmində rol almışdı.

Картинки по запросу Color Out of Space Trailer: Nicolas Cage In Bonkers Lovecraft Movie

Bu filmdə yaxşı bir performans ortaya qoyan Nikolas Keyclə (Nicolas Cage) Mandy’nin prodüserləri Josh C. WallerLisa Whalen, Color Out of Space üçün yenidən bir araya gəlir. Filmin rejissorluğunu HardwareDust Devil kimi proyektlərə imza atdıqdan uzun illər sonra böyük ekrana geri qayıdan Richard Stanley üstlənir. H.P. Lovecraft adaptasiyası Color Out of Space’dən treyler yayımlandı.

Qorxu ədəbiyatının ustalarından H.P. Lovecraft’ın qısa hekayəsindən filmə adaptasiya olunan film, modern dünyanın səs-küyündən qaçmaq üçün kiçik bir qəsəbəyə yerləşən bir ailənin, əsrarəngiz bir meteorun arxa baxçalarına düşməsiylə dəyişən həyatlarını mövzu götürür. Ailə, həm dünya, həm də kosmos - zaman üzərində qəribə təsirlər yaratmağa başlayan meteorun düşməsiylə özlərini heç gözləmədikləri, qorxu dolu bir vəziyyətin içində yerləşir və dünyadan kənar güclərin təsiri ilə ətraflarındakı hər şeyin mutasiyaya uğradığının fərqinə varır.


Filmin aktyor heyətində Nikolas Keyclə (Nicolas Cage) yanaşı Coeli Riçardson (Joely Richardson), Madeleine Arthur, Brendan Meyer (Brendan Meyer), Julian Hilliard, Elliot Knight, Josh C. Waller, Q’orianka Kilcher kimi adlar yer alır. Ssenarisi də Richard StanleyScarlett Amaris qələmə alır. Dünya premyerasını 44-cü Toronto Film Festivalında edən filmin ölkəmizdəki premyera tarixi hələ məlum deyil.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər