Cessika Çesteyn "Losing Clementine"ın Baş Rolunda Yer Alacaq!

09 Noyabr, 2019


Ən son It Chapter Two’da izlədiyimiz Cessika Çesteyn (Jessica Chastain), Ashley Ream’in eyniadlı romanından filmə adaptasiya olunan Losing Clementine’ın baş rolunda yer alacaq. Lucia Puenzo’nun rejissoru olacağı filmin ssenarisini Better Call Saul’un ssenarsitlərindən Ann Cherkis qələmə alır.

Terrens Malikin (Terrence Malick) 2012-ci il istehsalı "Həyat ağacı" (The Tree of Life) filmində rol almasıyla birlikdə adını geniş kütlələrə eşitdirən, The Help"Gecəyarıdan 30 dəq sonra" (Zero Dark Thirty) filmləri ilə “Oskar”a iki dəfə namizəd göstərilən Cessika Çesteyn (Jessica Chastain), sonraki illərdə elmi-fantastik filmləri "Ulduzlararası" (Interstellar) və "Marslı adam" (The Martian), Gilyermo del Toro (Guillermo del Toro) imzalı "Tünd Qırmızı Zirvə" (Crimson Peak), əsəbi bir insan tipinə sahip olan Elizabeth Sloane’un güclü silah lobbisinə qarşı verdiyi mübarizəyi mövzu götürən Miss Sloane kimi diqqət çəkici proyektlərdə rol aldı.

Похожее изображение

Bu il həm "X-adamlar: Qara simurq" (Dark Phoenix), həm də It Chapter Two kimi filmlərdə izlədiyimiz Çesteynin növbəti proyekti məlum oldu. Variety’nin xəbərinə görə Cessika Çesteyn (Jessica Chastain), Ashley Ream‘in eyniadlı romanından filmə adaptasiya olunan Losing Clementine‘ın baş rolunda yer alacaq. Cessika Çesteynli (Jessica Chastain) Losing Clementine’ı Lucia Puenzo rejissoru olacaq.

Cessika Çesteynli (Jessica Chastain) filmin rejissorluğunu XXY və Wakolda kimi möhtəşəm proyektlərə imza atan Lucia Puenzo üstlənərkən; ssenarisini də Better Call Saul’un ssenaristlərindən Ann Cherkis qələmə alır.

Похожее изображение

Film, depresiya ilə mübarizə apararkən özünü öldürmədən öncə yarımçıq qoyduğu işlərini həll etməsi üçün özünə bir ay müddət verən Clementine Pritchard adlı dünyaca məşhur bir sənətçinin hekayəsini mövzu götürür. Bu dövrdə Clementine, ölmədən əvvəl edilməsi lazım olanların siyahısını yoxlayarkən, anası və bacısının başına gələn ailə sirlərini ortaya çıxarır.

Mövzusu ilə diqqət çəkən filmin premyera tarixi hələ dəqiqlik qazanmadı. Önümüzdəki illərdə Cessika Çesteyn (Jessica Chastain)i, kəskin janrdakı 355 və Endrü Qarfildlə (Andrew Garfield) baş rolunu paylaşdığı bioqrafiya filmi The Eyes of Tammy Faye‘də izləyə biləcəyik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər