Cessika Çesteyn

Cessika Çesteyn

Aktrisa, prodüser

BİOQRAFİYA
Cessika Mişel Çesteyn 24 mart 1977-ci ildə ABŞ-ın Kaliforniya ştatında doğulub. Amerikalı aktrisa “Qaranlıq kölgələr” serialında Kerolayn Stoddard rolu ilə film sektoruna gəlib. Sonralar isə “Təcili yardım”, “Veronika Mars” və “Qanun və intizam” teleseriallarında epizodik rollar oynayıb. Filmdə debütu “Colin” filmində olur. 2011-ci ildə Cessika altı filmə çəkilib və bu filmlərdən “Qulluqçu” və "Həyat ağacı" filmlərinə görə dünya miqyasında tanınan bir sıra mükafatlara layiq görülüb. “Oskar”, BAFTA, “Qızıl Qlobus” mükafatlarına namizəd göstərilib. Cessika uzun müddət Ned Bensonla münasibətdə olub, 2010-cu ildə ayrılıb. 2017-ci ildə Cessika 5 il ərzində görüşdüyü dizayner Can Luka Passi di Prepozulo ilə evlənib. Çesteyn veqandır.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jessica_Chastain

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç