“Qisasçılar: Final”ın (Avengers: Endgame) Yeni Treyleri Çıxdı!

15 Mart, 2019

2019-cu ilin ən həyəcanla gözlənilən filmlərindən olan “Qisasçılar: Final”dan (Avengers: Endgame) ilk uzunmetrajlı treyler yayımlandı. “Qisasçılar: Sonsuzluq Savaşı” (Infinity War) ilə başlayan hekayəyi davam etdirən “Qisasçılar: Final”ın (Avengers: Endgame), 26 apreldə premyerası gözlənilir.

“Marvel” studiyasının sevilən qəhrəmanlarını bir araya gətirən “Qisasçılar: Sonsuzluq Savaşı”nın (Infinity War) keçən il premyerası baş tutmuş və dünya üzrə 2.048 milyard kassa gəliri əldə edərək, bütün vaxtların ən uğurlu filmləri arasında yerini almışdı.

Картинки по запросу New Avengers: Endgame

“Sonsuzluq savaşı”nda mövzu belədir: qisasçılar və onların müttəfiqləri planetimizi müxtəlif təhlükələrdən qoruduğu əsnada, kosmosda yeni təhlükə meydana gəlir. Qalaktikalararası tiran – Tanos altı ədəd Sonsuzluq Daşını toplamağa çalışır. İnanılmaz gücə malik bu artefaktlar mövcud reallığı dəyişməyə imkan verir. Planetin gələcək taleyi sual altındadır. İndi dünyanı şər qüvvələrdən yalnız Qisasçılar xilas edə bilər.

“Qisasçılar: Sonsuzluq Savaşı” iki hissədən ibarət bir hekayənin ilk hissəni danışarkən, “Qisasçılar: Final” ilə Thanos’u qarşı-qarşıya gətirən hekayə, bu il premyerası olacaq “Qisasçılar: Final” ilə nöqtələnəcək.


Похожее изображение

Gələn ay filmsevərlərin ixtiyarına veriləcək “Qisasçılar: Final” (Avengers: Endgame) üçün tanıtım işlərinə sürət verən Marvel studiyası, filmdən ilk uzunmetrajlı treyleri tamaşaçılarının ixtiyarına verdi.. Xarakterlərin “Qisasçılar: Sonsuzluq Savaşı”da yaşanan hadisələri geri qaytarmaq üşün nə lazımdırsa etməyə hazır olduğunu göstərən treylerdə, ötən günlərdə ilk solo filmi ilə filmsevərlərin qarşısına çıxan “Kapitan Marvel”i (Captain Marvel) Yenilməzlər ilə birlikdə görmə şansı əldə edirik.



Entoni Russo (Anthony Russo) və Co Russo (Joe Russo) qardaşlarının bir dəfə daha kamera arxasına keçdiyi filmin ssenarisi isə rejissorlarla birlikdə çalışmağa alışmış, Kristofer Markus (Christopher Markus) və Stiven Makfili (Stephen McFeely) ikilisinə aiddir. “Qisasçılar: Sonsuzluq Savaşı”da yer alan Robert Dauni (kiçik) (Robert Downey Jr.), Kris Evans (Chris Evans), Kris Hemsvort (Chris Hemsworth), Sebastian Stan, Elizabet Olsen (Elizabeth Olsen) və Coş Brolin (Josh Brolin) kimi simaların geri qayıtdığı filmdə Bri Larson (Brie Larson), Pol Raad (Paul Rudd), Ceremi Renner (Jeremy Renner), Tilda Suinton (Tilda Swinton),  Evancilin Lilli (Evangeline Lilly) və Frenk Qrillo (Frank Grillo) kimi, daha əvvəl Marvel film planetində yer almış simalarla birlikdə, bu studiyanın filmlərində ilk dəfə görəcəyimiz Katherine Langford da aktyor heyətində qarşımıza çıxır.


Похожее изображение

“Qisasçılar: Final” (Avengers: Endgame), 2008-ci ildə premyerası olan "Dəmir adam" (Iron Man) ilə başlayan və qısa zaman əvvəl 10. ilini geridə qoyan Marvel film planeti üçün bir dövrün sonu olacaq. Marvel, “Qisasçılar: Final”dan sonra film planetinin necə şəkil alacağı barədə detalları verməsə də, bu filmdən sonra Marvel studiyasında işlərin əvvəlki kimi olmayacağı bir müddətdir ki, danışılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər