"Hörümçək Adam: Hörümçək Kainatına"nın Davam Filmi Çəkiləcək!

05 Noyabr, 2019


Keçən il premyerası olan və filmsevərlərin tərəfindən bəyənilən "Hörümçək adam: Hörümçək kainatına"nın (Spider-Man: Into the Spider-Verse) davam filmi 2022-ci ildə premyerası olacaq. Marvel komiksində “Hörümçək Adam” (Spider-Man) olaraq qarşımıza çıxan xarakterlərdən biri olan Miles Morales’ə hədəflənən "Hörümçək adam: Hörümçək kainatına" (Spider-Man: Into the Spider-Verse), keçən il premyerası oldu və filmsevərlər tərəfindən bəyənilərək qarşılandı. İstər yenilikçi animasiya stili, istərsə də əyləncəli hekayəylə bugünə qədər çəkilən ən yaxşı Spider-Man filmlərindən biri olan "Hörümçək adam: Hörümçək kainatına"nın (Spider-Man: Into the Spider-Verse), Ən Yaxşı Animasiya Film “Oskarı” mükafatını qazanarkən, 375.5 milyon dollar gəlir əldə edərək kassada olduqca uğur qazanmışdı.

Картинки по запросу ‘Spider-Man: Into the Spider-Verse’ Sequel Swings Its Way to 2022

Filmin gördüyü bu diqqətin ardından həm davam filmi, həm də spin-off proyektləri üçün yaşıl işıq tutan "Hörümçək adam: Hörümçək kainatına" (Sony, Spider-Man: Into the Spider-Verse) davam filmi üçün dəqiq addımlar atmaya başladı. İlk filmin prodüserləri olan və proyektin həyata keçirilməsində önəmli bir rol oynayan Kristofer Miller (Christopher Miller) və Fil Lordun (Phil Lord) prodüser olaraq geri qayıtdığı davam filminin 8 aprel  2022-ci ildə premyerasının olacağı açıqlandı. Hörümçək adam: Hörümçək kainatına" (Spider-Man: Into the Spider-Verse), ABŞ-da 8 aprel 2022-ci ildə premyerası olacaq.

Kristofer Miller (Christopher Miller) və Fil Lord (Phil Lord) rəhbərliyində hazırlanacaq davam filmində kamera arxasında önəmli dəyişiklər yaşanacaq. İlk filmi Bob Persiçetti (Bob Persichetti), Piter Remzi (Peter Ramsey) və Rodni Rotman (Rodney Rothman) rejissoru olarkən, davam filminin rejissor kürsüsündə Avatar: The Last Airbender’ın rejissorlarından Joaquim Dos Santos oturacaq. Filmin ssenarisini isə Dave Callaham (The Expendables, Zombieland: Double Tap) qələmə alacaq.

Картинки по запросу ‘Spider-Man: Into the Spider-Verse’ Sequel Swings Its Way to 2022

Spider-Man komikslərində yer alan Peter Parker, Gwen Stacy, Spider-Ham, Spider-Man NoirPeni Parker kimi sevilən xarakterləri də filmsevərlərə tanıtan Hörümçək adam: Hörümçək kainatına"nın (Spider-Man: Into the Spider-Verse) davam filmində də bu kainatda yer alan bir çox xarakter yer alacaq. Xüsusilə Gwen Stacy’nin davam filmində olduqca önəmli bir yerə sahib olacağı və Miles Morales ilə Gwen Stacy arasındakı münasibətinin hekayənin mərkəzində yer alacağı deyilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər