C.Afflek və S.Klaflin "Every Breath You Take"də Bir Araya Gəlir!

04 Noyabr, 2019


SylviaSunshine Cleaning filmləri ilə tanınan Christine Jeffs’in rejissoru olacağı Every Breath You Take’in baş rollarında Keysi Afflek (Casey Affleck), Mişel Monahen (Michelle Monaghan) və Sem Klaflin (Sam Claflin) yer alacaq.

Sylvia Plath’in həyatından bəhs edən Slyvia ilə diqqətləri üzərinə çəkən, son olaraqsa 2008-ci il istehsalı Sunshine Cleaning’ə imza atan Christine Jeffs, illər sonra yeni bir proyektlə kinoteatrlara geri qayıtmağa hazırlaşır. Jeffs’in rejissor kürsüsünə oturduğu Every Breath You Take‘in çəkilişlərinə bu ay Kanadada başlanacaq.

Картинки по запросу Casey Affleck to Star in Thriller ‘Every Breath You Take’

Psixoloji qorxu janrındakı film üçün hazırlıqların sürət qazanmasıyla birlikdə filmin baş rollarında yer alacaq adlar da məlum oldu. Deadline’ın xəbərinə görə Jeffs’in yeni filminin baş rollarında “Oskar” mükafatlı aktyor Keysi Afflek (Casey Affleck), daha əvvəl Gone Baby Gone’da Afflek ilə çalışan “Qızıl qlobus” namizədi Mişel Monahen (Michelle Monaghan) və son olaraq Peaky Blinders’də izləyicilərin qarşısına çıxan Sem Klaflin (Sam Claflin) yer alacaq. Every Breath You Take’in çəkilişlərinə bu ay başlanacaq.



Afflek filmdə bir xəstəsi intihar etdikdən sonra həyatı alt-üst olan bir psixiatrı canlandıracaq. Karyerası təhlükəyə girən psixiatr, ölən xəstəsinin qardaşını (Sam Claflin) ailəsiylə tanış olması üçün evinə dəvət edincə, ev həyatı da sarsılmağa başlayacaq. Mişel Monahen (Michelle Monaghan) filmdə psixatra həyat verəcək. Filmin aktyor heyətində bu üç adla yanaşı almaniyalı aktyor Veronika Ferres (Veronica Ferres) də iştirak edəcək.

Every Breath You Take’in beynəlxalq haqlarını əldə edən 13 Films, bu həftə başlayacaq American Film Market’də film üçün beynəlxalq sərmayəçilərdən dəstək axtaracaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər