Şarliz Teronun “Long Shot” Filminin Premyera Tarixi Açıqlandı!

14 Mart, 2019


"50/50"yə və "The Night Before" filmləri ilə tanınan Conatan Levayn (Jonathan Levine) rejissorluğunu etdiyi, “Oskar” mükafatı sahibi Şarliz Teron (Charlize Theron) və komediya filmlərinin sevilən siması Set Roqenin (Seth Rogen) iştirak etdiyi komediya filmi “Long Shot”dan yeni treyler yayımlandı.

Rejissor və aktyor olaraq yer aldıqları proyektlərlə yanaşı, bir çox fərqli film və serialların prodüseri olaraq qarşımıza çıxan Evan Qoldberq (Evan Goldberg) və Set Roqen (Seth Rogen), bir yandan televiziya dünyasında "Preacher" və "Future Man" kimi seriallara imza atarkən, bir yandan da "This Is the End", "Pineapple Express", "Sausage Party" kimi bir-birindən uğurlu filmləri ilə məşhurdurlar.



Bərabər bir çox proyektlərdə yer alan ikili, romantik komediya filmi "Long Shot" üçün yenidən birlikdə çalışmağa başladılar. Dünya premyerası ötən günlərdə SXSW Film Festivalında baş tutan film üçün tanıtım çalışmalarına sürət verən Lionsgate, filmin yeni treylerini tamaşaçıların ixtiyarına verdi.

Set Roqen (Seth Rogen) ilə daha əvvəl "50/50" və "The Night Before" filmlərində birlikdə işləyən Conatan Levayn (Jonathan Levine0, filmin rejissor kürsüsündə əyləşib. Filmin ssenarisi isə Liz Hanna (Liz Hannah) və "The Interview" filminin ssenaristi Den Sterlinqə (Dan Sterling) aiddir.

Похожее изображение

Set Roqen (Seth Rogen) və Şarliz Teronun (Charlize Theron) tərəf-müqabili olduğu "Long Shot" filminin məzmunu isə belədir:  Fred Flarsky, işsiz bir jurnalistdir. Bəxtinin gətirmədiyini qəbul edən və artıq həyatı ilə barışan Flarsky, illərdir uşaqlıq sevgisini düşünərək ona sadiq bir şəkildə həyatını davam etdirir. Amma uşaqlıq sevgisi Charlotte Field planetin ən güclü qadınlarından biri hesab edilir. Amerikanın dövlət katibi olan Charlotte, hətta Amerika'nın prezidenti kreslosunda oturmaq üçün mübarizə aparır.



“Big Little Lies” serialının “Qızıl kürə” mükafatının sahibi Aleksandr Skarsqard (Alexander Skarsgård), Bob Odinkirk (Bob Odenkirk), O’Shea Jackson Jr., “Qızıl kürə”yə namizəd göstərilən Endi Serkis (Andy Serkis), June Diane Raphael, Ravi Patel kimi simaların yer aldığı filmin, Amerikadakı premyerası bu ilin 3 mayında gözlənilir.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər