"The Card Counter"ın Baş Rolunu Oskar Ayzek Üstlənəcək!

31 Oktyabr, 2019


Keçən il "İlk islahatçı" (First Reformed) ilə haqqında çox danışılan Pol Şrederin (Paul Schrader) bir sonrakı filmi Oskar Ayzekin (Oscar Isaac) baş rolunu üstləndiyi The Card Counter olacaq. Blue Collar, HardcoreCat People kimi filmlərlə tanınan Pol Şrederin (Paul Schrader), son illərdə The CanyonsThe Walker kimi xəyal qırıqlığı yaradan filmlərə imza atmış olsa da keçən il premyerası olan "İlk islahatçı" (First Reformed) ilə keçmiş günlərindən geri qalmayan bir filmlə geri qayıtdı və uğur qazanan filmi ilə ilk “Oskar” namizədliyini qazandı. "İlk islahatçı"nın (First Reformed) ardından yeni proyektlərə keçən Şrederin bir sonrakı filminin western janrındakı Nine Men From Now olması gözlənilirdi. Hətta Uillem Defonun (Willem Dafoe) baş rolunu üstlənəcəyi filmin çəkilişlərinə 2020-ci ilin yay aylarında başlayacağı danışılırdı. Ancaq gələn son xəbərlər rejissorun bir sonrakı filmi mövzusunda dəyişikliyə getmiş ola biləcəyini göstərir.

Похожее изображение

Variety’nin xəbərinə görə Pol Şrederin (Paul Schrader) bir sonrakı filmi The Card Counter olacaq. Şrederin yazıb, rejissoru olacağı filmin baş rolunda peşəkar aktyor Oskar Ayzek (Oscar Isaac) yer alacaq. Ayzek filmdə keçmiş əsgər və qumarbaz olan William Tell’e həyat verəcək. The Card Counter, “İntiqam” dalınca gedən gənc bir oğlanı bu yoldan geri qaytarmağa çalışan bir qumarbazın hekayəsini danışacaq.

Tell’in tək istəyi qumar oynayıb günlərini keçirməkdir. Tell’in bir qumarxanadan digərinə doğru gedən rahat həyatı, gənc və qəzəbli olan Cirk’in ortaq düşmənləri olan polkovnikdən intiqam almaq üçün qapısını çalmasıyla tamamilə dəyişməyə başlayır. 

Похожее изображение

Gənc oğlanı bu təhlükəli yoldan uzaq tutaraq, öz günahlarını da bağışlada biləcəyini düşünən Tell, Cirklə birlikdə bir yola çıxır. Qumarbazlara pul təmin edən La Linda’nın dəstəyini alan ikili, birlikdə qumarxanaları gəzdikləri bu yolun sonunda gözlərini Las-Veqasdakı böyük turnirə dikirlər. Ancaq Cirk’in intiqam arzusunu bir kənara ata bilməməsi, Tell’in də qaranlıq keçmişinə geri qayıtmasına səbəb olacaq. Şreder, The Card Counter’da "İlk islahatçı"nın (First Reformed) görüntü rejissoru olan Aleksandr Daynan (Alexander Dynan) və quruluşçusu Benjamin Rodriguez Jr. ilə yenidən bir araya gələcək. Filmin çəkilişlərinə gələn ilin ilk aylarında başlanması gözlənilir ki, bu da Uillem Defolu (Willem Dafoe) Nine Men From Now’ın ertələndiyini göstərir.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər