Pol Şreder
Rejissor, ssenarist, prodüser
Pol Cozef Şreder 22 iyul 1946-cı ildə ABŞ-ın Qand-Rapids şəhərində anadan olub. Şreder hollandiyalı dindar xristian ailəsində boya-başa çatıb. Mühafizəkar valideynləri 18 yaşına qədər onun kinoya getməsinə icazə verməyib. Kalvinist seminariyasını bitirib. 1969-cu ildə “LA Weekly Press” və “Cinema” jurnallarında kinotənqidçi işləməyə başlayıb. 1972-ci ildə “Kinoda Transsendental üslub” adlı kitabı çıxıb. Sidni Pollakın “Yakudza”, “Martin Skorsezenin “Çılğın öküz”, “Taksi sürücüsü” və “Məsihin sonuncu iztirabları” filmlərinə ssenari yazıb. Rejissor debütünü 1978-ci ildə “Mavi yaxalıqlar” filmi ilə gerçəkləşdirib. 1982-ci ildə “Pişik-Adamlar” qorxu filminin remeykini lentə alıb. Qardaşı Leonard Şreder – ssenarist, prodüser və yaponşünasdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D1%80%D0%B5%D0%B4%D0%B5%D1%80,_%D0%9F%D0%BE%D0%BB