The Witch’dən sonra The Lighthouse ilə də tərif toplayan Robert Eggers’in yeni filmi 10-cu əsrdə baş verən Vikinq hekayəsini danışacaq The Northman olacaq. Filmdə rol almaları üçün Aleksandr Skarsqard (Alexander Skarsgård), Bill Skarsgård, Nikol Kidman (Nicole Kidman), Uillem Defo (Willem Dafoe), Anya Taylor-Joy və Björk ilə görüşülür.
İlk uzunmetrajlı filmi olan The Witch ilə son illərin ən yaxşı qorxu filmlərindən birinə imza atan Robert Eggers, bu il ikinci uzunmetrajlı filmi olan The Lighthouse ilə filmsevərlərin qarşısına çıxdı. Eggers’ın 1920-ci və 1940-cı illərin avadanlıqlarını istifadə etməklə 35 mm kamerayla ağ-qara olaraq çəkdiyi film, dünya premyerasını etdiyi 72-ci Kann Film Festivalının ən bəyənilən filmlərindən biri oldu. Kann festivalının ardından qatıldığı festivallarda da həm tənqidçilərin, həm də filmsevərlərin rəğbətini qazanmağı bacaran The Lighthouse ilə yenidən uğur qazanan Robert Eggers, vaxt itirmədən yeni filmi üçün hazırlıqlara başladı.
Collider’ın xəbərinə görə Eggers’ın bir sonrakı filmi 10-cu əsrdə bir Vikinqin intiqam hekayəsini danışacaq The Northman olacaq. New Regency çatısı altında hazırlanan filmin ssenarisini Eggers, İslandiyalı şair və yazıçı Sjón ilə birlikdə qələmə aldı. İzləyiciləri 10-cu əsrin əvvəllərinə aparan film, öldürülən atasının intiqamını almağa qərarlı olan bir Vikinq şahzadəsinin hekayəsini danışacaq. Robert Eggers, The Northman üçün diqqət çəkici aktyor heyətini bir araya gətirməyə hazırlaşır.
Collider’ın xəbərinə görə filmdə şahzadəni canlandırması üçün Aleksandr Skarsqard (Alexander Skarsgård) ilə görüşülür. Filmdə rol almaları üçün görüşülən digər adlar isə; Aleksandr Skarsqardın (Alexander Skarsgård) qardaşı olan və It filmlərindəki Pennywise rolu ilə diqqəti üstünə çəkən Bill Skarsgård, “Oskar” mükafatlı aktrisa Nikol Kidman (Nicole Kidman), The Lighthouse’da rejissorla işləyən Uillem Defo (Willem Dafoe), Eggers imzalı The Witch ilə adını geniş kütlələrə eşitdirən Anya Taylor-Joy və son olaraq 2000-ci il istehsalı Dancer in the Dark’da önəmli bir rol üstlənən müğənni Björkdur. Björkdan başqa bütün adların filmdə rol almaq üçün razılaşmaya imza atmaq üzrə olduğu, Björk ilə görüşlərinin isə yeni başladığı vurğulanır.
Daha ilk filmləri olan The Witch və The Lighthouse’da profesional əsərlər ortaya qoyan, xüsusilə də filmlərin keçdiyi dövrü uğurla təsvir etməyi bacaran Eggers’ın 10-cu əsrdə baş verəcək yeni filmi, indidən bizi ən çok həyəcanlandıran filmlər arasına girir.