Aleksandr Skarsqard

Aleksandr Skarsqard

Aktyor

BİOQRAFİYA

Aleksandr Yohan Yalmar Skarsqard – isveçli aktyor, kinorejissor və ssenaristdir. ”Emmi”, ”Qızıl Qlobus”, "Critics’ Choice Movie Awards" və ABŞ kinoaktyorları Gildiyası mükafatı laureatıdır. Aleksandr Skarsqard 25 avqust 1976-cı ildə Stokholm şəhərində (İsveç) anadan olub. Anası Mü Günter həkim, atası tanınmış isveçli aktyor Stellan Skarsqarddır. Aleksandr Skarsqardın dörd qardaşı (Qustaf, Bill – aktyordurlar, Sem, Valter) və bir bacısı var (Eiya). Aleksandr Skarsqard səkkiz yaşından kinoya çəkilir. Onun ilk işi “Oke və onun dünyası” adlı film olub. Ancaq paparatsilərin onun “ovuna” çıxması onun aktyorluğa olan həvəsini öldürüb. Ona görə fərqli sahəyə üz tutaraq Stokholmda memarlıq üzrə təhsil almağa qərar verib, ancaq bir neçə il sonra politologiya ixtisası üzrə kollec təhsili alıb. 19 yaşında İsveç hərbi dəniz qüvvələrində həqiqi hərbi xidmət keçib, 15 ay müddətinə Berqa hərbi bazasında antiterror qüvvələrində qulluq edib. Əsgərlikdən sonra ikinci nəfəslə aktyorluq karyerasını davam etdirmək qərarına gəlib. 1996-cı ildə İngiltərənin Lids şəhərinə yollanıb. Orada Lids şəhər universitetində ingilis dili üzrə ali təhsil alıb. 1997-ci ildə ABŞ-a köçərək, “Merimaunt Manhetten” kollecində aktyor sənəti kurslarında iştirak edib. 2011-ci ildə Lids universitetində təhsilini artıraraq, incəsənət elmləri doktoru dərəcəsini qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Alexander_Skarsg%C3%A5rd

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç