D.Conson və E.Blantlı "Jungle Cruise"dən İlk Treyler Yayımlandı!

19 Oktyabr, 2019


Dueyn Conson (Dwayne Johnson) və Emili Blantın (Emily Blunt) baş rollarını üstləndiyi Jungle Cruise filmindən ilk treyler yayımlandı. Jaume Kolyet-Serranın (Jaume Collet-Serra) rejissoru olduğu filmin, 24 iyul 2020-ci ildə premyerası olacaq.

Disneyland’də yerləşən Pirates of the CaribbeanTomorrowland kimi əyləncə turlarını filmə adaptasiya edən Disney, bu dəfə də tema parklarındakı bir digər atraksiyon olan Jungle Cruise’ü kinoteatrlara gətirməyə hazırlaşır. İzləyiciləri Amazon meşəsinin dərinliklərində əyləncəli bir macəraya çıxaracaq olan Jungle Cruise filmi, gələn il filmsevərlərin ixtiyarına veriləcək.

Картинки по запросу First ‘Jungle Cruise’ Trailer Sends Dwayne Johnson and Emily Blunt on a Wild Disney Ride

Son illərdə Hollywood’un ən önəmli ulduzlarından biri halına gələn Dueyn Conson (Dwayne Johnson) ilə son olaraq Mary Poppins Returns’də filmsevərlərin qarşısına çıxan Emili Blantın (Emily Blunt) baş rollarını üstləndiyi film üçün tanıtım işlərinə başlayan Disney, filmdən ilk uzunmetrajlı treyler yayımladı. Dueyn Conson (Dwayne Johnson) və Emili Blantlı (Emily Blunt) Jungle Cruise filminin premyerası 24 iyul 2020-ci ilə planlaşdırılır.

Birlikdə Yaramaz Santa (Bad Santa), I Love You Phillip Morris"Fokus" (Focus) kimi filmlərə imza atan Glenn Ficarra ilə Con Rekuanın (John Requa) ssenarisini qələmə aldığı film, gəmisi ilə Amazon meşələrinin dərinliklərinə səyahətlər təşkil edən cəsur bir kapitanla araşdırmasını tamamlamağa qərarlı bir tədqiqatçının birlikdə təhlükəli bir macəraya atılmasını mövzu götürür. Filmin rejissor kürsüsündə Orphan, Unknown, The Shallows kimi filmlərlə tanınan Jaume Kolyet-Serra  oturur.



Fövqəltəbii elementlərin və canavarların da hekayədə önəmli bir yerə sahib olacağını göstərən bu ilk treyler, Disney’in Pirates of the CaribbeanThe Mummy kimi kassada uğur qazanmış seriyalarını andıran yeni bir seriya yaratma niyyətində olduğunu düşündürür.

Aktyor heyətində Dueyn Conson (Dwayne Johnson) və Emili Blantla (Emily Blunt) yanaşı Edqar Ramires (Édgar Ramírez), Jack Whitehall, Cessi PLemons (Jesse Plemons), Pol Camatti (Paul Giamatti) kimi adların iştirak etdiyi Jungle Cruise filminin, 24 iyul 2020-ci ildə premyerası olacaq.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər