"Pixar"ın “Onward” Filminin Yeni Treyleri Yayımlandı!

15 Oktyabr, 2019


Səsləndirmə heyətində Kris Pratt (Chris Pratt), Tom HollandJulia Louis-Dreyfus kimi adların yer aldığı Pixar filmi “Onward”dan yeni treyler yayımlandı. Filmin, 4 aprel 2020-ci ildə premyerası gözlənilir.

Toy Story, Wall-e, Up, Inside Out, "Fatmagülün sirri nə?" (Coco) kimi unudulmaz animasiya filmlərini film dünyasına qazandıran Pixar; son illərdə daha çox Finding Dory, Incredibles 2"Maşınlar 3" (Cars 3) kimi var olan seriyaların davam filmləri ilə filmsevərlərin qarşısına çıxmış olsa da, gələn il yenidən xüsusi proyektləri ilə özünü nümayiş etdirməyə hazırlaşır.

Картинки по запросу New ‘Onward’ Trailer Has Chris Pratt and Tom Holland Hanging with Their Dead Dad’s Legs

Animasiya dedikdə ilk ağla gələn ilk studiyalardan biri olan Pixar, gələn il iki yeni animasiya filmiylə izləyici qarşısına çıxacaq: OnwardSoul. Inside Out’un spirütel bir davam filmi olacağı deyilən Soul’u hələlik qapalı qapılar arxasında tutan studiya, Onward üçünsə işlərini davam etdirir. Ötən aylarda filmdən qısa bir tanıtım treyleri yayımlayan studiya, filmden ilk uzunmetrajlı treyleri paylaşdı.

"Bədheybətlər universiteti" (Monster University) ilə tanınan Den Skenlonun (Dan Scanlon) rejissoru olduğu Onward’ın səsləndirmə heyətində Kris Pratt (Chris Pratt), Tom Holland, Julia Louis-DreyfusOktaviya Spenser (Octavia Spencer) kimi önəmli adlar yer alır.


Onward, iki elf qardaşın dünyada biraz da olsa sehr qalıb-qalmadığını araşdırmaq üçün çıxdıqları macərayı mövzu götürür. Filmdə Kris Pratt (Chris Pratt) səs-küylü böyük qardaş xarakterini səsləndirərkən, Tom Holland da çəkingən kiçik qardaş xarakterinə səsiylə həyat verir. Veep serialı ilə adını eşitdirən Julia Louis-Dreyfus isə ikilinin anasını səsləndirir. Filmdən yayımlanan bu yeni treyler, ikiliyi bu macəraya, atalarını həyata qaytarmaq istəyinin haraya aparacığını göstərir.

Həm Kris Pratt (Chris Pratt), həm də Tom Holland animasiya filmlərinə aşina adlardır. Pratt daha əvvəl The LEGO Movie və The LEGO Movie 2 filmlərində Emmet Bricowski xarakterini səsləndirmişdi. Holland isə 25 dekabr 2019-da izləyicilərin ixtiyarına veriləcək Spies in Disguise’da Walter Beckett xarakterinə səsiylə həyat verir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər