“İntihar Dəstəsi”ndə Uill Smitin Yerinə İdris Elba Olacaq!

09 Mart, 2019


İdris Elba, Ceyms Qannın (James Gunn) həm yazıb, həm də rejissorluğunu edəcəyi “İntihar dəstəsi” filmində rol almaq üçün müqavilə imzalamaq üzrədir. Əgər Elba ilə razılığa gəlinsə, daha əvvəl Uill Smit tərəfindən canlandırılan Dedşot (Deadshot) xarakterinə həyat verəcək.
“Guardians of the Galaxy” filmləri ilə tanınan Ceyms Qann (James Gunn) həm yazıb, həm də rejissorluğunu edəcəyi “İntihar dəstəsi” (Suicide Squad) filmi üçün hazırlıqların başlaması ilə birlikdə, filmin aktyor heyətində rol alacaq ilk adlar məlum olmağa başladı.
Qannın rejissorluğunu edəcəyi “İntihar dəstəsi” (The Suicide Squad), 2016-ci ildə premyerası olan “İntihar dəstəsi”nin (Suicide Squad) tam olaraq davam filmi olmayacaq, bunun yerinə yeni xarakterləri mərkəzinə alan, yeni bir hekayə nəql edəcək. Bu səbəbdən 2016-ci il istehsalı “İntihar dəstəsi”ndə olan bir çox xarakterin yeni film üçün geri qayıtması gözlənilmir. Sadəcə Uill Smit Marqo Robinin (Margot Robbie) yeni filmdə geri qayıda biləcəyi deyilirdi, ancaq ötən günlərdə gələn xəbərlərlə birlikdə, Uill Smitin də filmdə rol almayacağı dəqiqləşdi.


Картинки по запросу Идрис Эльба заменит Уилла Смита в новом «Отряде самоубийц»

İlk filmin məzmunu isə belədir : "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Supermenin ölümündən sonra Amanda Uoller Belle Reve həbsxanasında saxlanılan təhlükəli cinayətkarlardan ibarət "Task Force X" adlı komanda yığır. Komandanın tərkibinə əla nişançı Dedşot, keçmiş psixoloq Harli Kvinn, pirokinetik keçmiş qanqster El Diablo, mağaza soyğunçusu Kapitan Bumeranq, genetik mutant Qatil Krok və təcrübəli qatil Slipknot cəlb edilir. Polkovnik Rik Fleqin başçılığı altında toplanılan bu komanda ABŞ hökuməti üçün çox təhlükəli əməliyyatlara getməlidir. Hər bir komanda üzvünün boynuna nanobomba yerləşdirilir: əgər kimsə qaçmaq və üsyan etmək istəsə, bu bomba sayəsində öldürüləcək.

Uoller üçün xidmət göstərənlərdən biri də Fleqin sevgilisi, bədəni "Cadugər" adlı ifritə-ilahə tərəfindən ələ keçirilmiş arxeoloq Cun Mundur. Lakin tezliklə Cadugər onu həbs etdiklərinə görə Uollerə xəyanət edir, mistik bir silahdan istifadə edərək bütün bəşəriyyəti məhv etmək qərarına gəlir. O, Midvey-Sitininin nəzarətini ələ keçirir, əhalisini bədheybətlərə çevirərək özü üçün ordu qurur və ona kömək etməsi üçün qardaşı İnkubusu çağırır. Uoller şəhərin terror hücumu altında olduğunu bildirirək komandanı Midvey-Sitiyə göndərir.



Yola düşməzdən əvvəl onlara Fleqin cangüdəni olan və mistik qılıncdan istifadə edən Katana qoşulur. Harli Kvinnin cinayətkar sevgilisi Coker onun düşdüyü çıxılmaz vəziyyəti başa düşür. Coker Belle Reve Təhlükəsizlik Əməkdaşı Qriqzə işgəncə edərək ona nanobombaların istehsal olunduğu müəssisəni göstərməyə məcbur edir. Orada proqram üzərində işləyən alimlərdən birinə şantaj edərək Harlinin nanobombasının deaktiv edilməsinə nail olur. Bu zaman komandanın vertolyotu vurulur və komanda hədəfə piyada getməyə məcbur olur. Kapitan Bumeranq Slipknotu inandırır ki, nanobomba söhbəti əslində yalandır və əslində qaça bilərlər. Slipknot qaçmağa çalışır, lakin Fleq nanobombadan istifadə edərək onu öldürür. Bu zaman komanda Cadugərin əlaltılarının hücumuna məruz qalır. Onlra nəhayət bu bədheybətlərdən qurtulub təhlükəsiz yerə çata bilirlər, lakin orada əsl hədəflərinin əslində baş verənləri ört-basdır etməyə çalışan Uoller olduğunu öyrənirlər.


Komanda Uolleri onu aparmağa gələn vertolyotun yanına qədər müşaiyət edir, lakin vertolyotun Coker və onun adamları tərəfindən qaçırıldığı məlum olur. Coker və adamları komandaya atəş açırlar, bu zaman Harli vertolyota minir. Uollerin adamları vertolyatu düşürürlər və qəza nəticəsində Cokerin öldüyü zənn edilir. Sağ qalan Harli isə komandaya yenidən qoşulmağa məcbur olur. Uollerin harada olduğundan xəbər tutan Cadugər əlaltılarını göndərib onu ələ keçirir. Dedşot Uollerin məxfi sənədlərini tapır və Cadugər haqqındakı həqiqəti öyrənir. Fleq həqiqəti onlara danışmağa məcbur və bu, komanda üzvlərinin onu tərk etməsi ilə nəticələnir. Artıq Uoller əmr vermək imkanında olmadığına görə Fleq komandanı əməliyyatdan azad edir, lakin davam etməyi seçir. Özlərini təsdiqləmək imkanına malik olduqlarını dərk edən komanda üzvlərini yenidən ona qoşulmağa qərar verirlər və Cadugərin qismən sular altında qalan metro stansiyasına yollanırlar. Qatil Krok və ABŞ HDQ-nin Xüsusi Təyinatlıları leytenant Edvardsın başçılığı altında Cadugərin qardaşının altına bomba yerləşdirməyə gedirlər. Bomba partlayana qədər vaxt qazandırmaq üçün El Diablo bütün gücünü sərbəst buraxır, lakin sonda hər ikisi, eləcə də, Edvards ölür.


Картинки по запросу Идрис Эльба заменит Уилла Смита в новом «Отряде самоубийц»

 Komandanın qalan üzvləri Cadugərə qarşı döyüşməyə başlayırlar, lakin sonda məğlub olurlar. Cadugər onunla müttəfiq olacaqları halda istədikləri arzunu yerinə yetirəcəyini bildirir. Harli özünü guya onun təklifi ilə maraqlanırmış kimi göstərir, lakin əsl məqsədi kifayət qədər yaxınlaşıb onun ürəyini kəsib çıxarmaqdır. Qatil Krok Cadugərin silahına partlayıcılar atır və Dedşot partlayıcılara atəş açaraq silahı məhv edir. Fleq Cadugərin ürəyini götürüb əzir və Cunu lənətdən azad edir. Sağ qalan Uoller yenə komanda üzvlərini Belle Reve həbsxanasına qaytarır və verdikləri xidmətlərə görə məhkumluq müddətlərini 10 il azaldır. Kapitan Bumeranqdan başqa hər bir üzvə xüsusi üstünlük verilir. Qəzadan sağ çıxan Coker həbsxanaya basqın edir və Harli ilə yenidən birləşir. Əlavə səhnələrdə Brüs Ueyn Uoller ilə görüşüb onu qoruyacağına söz verir, əvəzində isə hökumətin genişlənməkdə olan metainsan cəmiyyəti haqqındakı məxfi sənədləri ilə tanış olmaq istəyir.

Картинки по запросу Идрис Эльба заменит Уилла Смита в новом «Отряде самоубийц»

Smitin yeni filmde rol almayacağı xəbərindən sonra, məşhur aktyor tərəfındən canlandırılan Dedşot (Deadshot) xarakterinin də filmdə yer almayacağı kimi fikirlər söylənmişdi. Ancaq gördüyü kimi Warner Bros. xarakteri filmdən çıxarmaq yerinə yoluna yeni bir aktyorla davam etməyə qərar verib.

“Luther” serialındakı uğurlu performansından sonra, karyerasında yüksəlişə keçən və son illərdə "Nəsilsiz heyvanlar" (“Beasts of No Nation”), “The Dark Tower” və "Tor: Raqnarok" (Thor: Ragnarok) kimi proyektlərdə rol alan Elba, Dedşot (Deadshot) “Deadshot” xarakterini canlandırmak üçün razılığa gəlmək ərəfəsindədir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər