Xoakin Feniks Mayk Millsin Yeni Filminin Baş Rolunu Üstlənəcək!

24 Sentyabr, 2019


Bu aralar Joker filmi ilə gündəmdə olan Xoakin Feniksin (Joaquin Phoenix) bir sonrakı proyekti, Beginners20th Century Women filmlərinə imza atan Mike Mills’in yeni filmi olacaq. Son dövrdə diqqət çəkici filmlərə imza atan “A24” filmin haqlarını almaq üzrədir.

"Qladiator" (Gladiator), Walk the Line, The Master filmləri ilə “Oskar”a namizəd göstərilən, canlandırdığı xarakterlərlə geniş bir yelpazəyə sahib bir filmoqrafiya əldə edən Xoakin Feniks (Joaquin Phoenix), bu aralar 76-cı Venesiya Film Festivalında “Qızıl Şir” qazanan Joker filmi ilə gündəmdən düşmür. Bu filmdəki diqqət çəkici performansıyla çox danışılan Xoakin Feniks (Joaquin Phoenix), indidən “Oskar”ın favoritləri olaraq göstərilməyə başladı.

Картинки по запросу Mike Mills and Joaquin Phoenix

Joker’lə uzun müddət daha film gündəmində yer alacaq olan Xoakin Feniksin (Joaquin Phoenix) önümüzdəki dövrlərdə hansı proyektlərdə rol alacağı indidən maraq oyandırır. Göründüyü kimi bacarıqlı aktyor, aranı çox uzatmadan çəkilişlərə geri qayıtmağa hazırlaşır.

Картинки по запросу Mike Mills and Joaquin Phoenix

Deadline’ın xəbərinə görə Xoakin Feniks (Joaquin Phoenix), Beginners20th Century Woman kimi uğur qazanan filmlərə imza atan Mike Mills‘in yeni filminin baş rolunu üstlənəcək. Mike Mills’in yazıb, rejissoru olacağı filmin mövzusu ilə bağlı detallar hələ paylaşılmayıb.

Çəkilişlərinə payızda başlanması planlanan filmin haqlarını son illərdə "Ay işığının sehri" (Moonlight), "Miras" (Hereditary), "Xoş vaxt" (Good Time), "Miras" (Hereditary), Midsommar kimi proyektlərlə diqqət çəkən A24‘ün alması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər