Cek Londonun “Martin İden" Filmindən Treyler Yayımlandı!

20 Sentyabr, 2019


Cek Londonun eyniadlı romanından filmə adaptasiya olunan  "Martin İden"dən ilk treyler yayımlandı. Venesiya və Toronto film festivallarında bəyənilən proyekt, hər iki festivaldan da mükafatla qayıtmağı bacardı.

White Fang, The Call of the Wild, The Road kimi unudulmaz əsərləri ədəbiyyat dünyasına qazandıran amerikalı yazar Cek Londonun ən sevilən əsərləri arasında yer alan "Martin İden", bu il film adaptasiyası ilə filmsevərlərin qarşısına çıxdı. Dünya premyerasını bu ayın əvvəlində 76-cı Venesiya Film Festivalında etdikdən sonra 44-cü Toronto Film Festivalına da qonaq olan "Martin İden" adaptasiyası, Toronto Film Festivalında Platform Mükafatına layiq görülərək diqqətləri üzərinə çəkməyi bacardı.

Картинки по запросу First Trailer for Award-Winning 'Martin Eden' Film with Luca Marinelli

İşçi sinifindəki çətinliklərdən qurtulup yazıçı olma arzusunu gerçəyə çevirməyə çalışan bir dənizçinin hekayəsini böyük ekrana gətirən filmin rejissor kürsüsündə La bocca del lupo, Il passaggio della linea, Bella e perduta kimi filmləri ilə vacib festivalları ziyarət edən İtalyalı rejissor Pietro Marcello oturur.



Luca Marinelli, "Martin İden"dəki Performansıyla Venesiya Film Festivalında Ən Yaxşı Kişi Aktyoru Mükafatını Aldı. Marcello’nun ssenarisini Maurizio Braucci ilə birlikdə qələmə aldığı film, Cek Londonun unudulmaz əsərindəki hekayəyi İtalyaya aparır.

Filmdəki performansıyla 76-ci Venesiya Film Festivalında Ən Yaxşı Kişi Aktyoru seçilən Luca Marinelli‘nin "Martin İden"ə həyat verdiyi filmin aktyor heyətində Jessica Cressy, Vincenzo Nemolato, Marco Leonardi, Denise Sardisco, Carmen Pommella, Carlo Cecchi, Elisabetta Valgoi, Pietro RagusaSavino Paparella kimi adlar yer alır.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər