T.Malikin "Sonuncu Planet"nin Aktyor Heyəti Formalaşır!

14 Sentyabr, 2019


Peşəkar rejissor Terrens Malikin (Terrence Malick) ötən aylarda çəkilişlərinə başladığı yeni filmi "Sonuncu Planet"in (The Last Planet) aktyor heyətində Mark Raylens (Mark Rylance), Mattias Şonarts (Matthias Schoenaerts) və Géza Röhrig yer alacaq.

Days of Heaven, The Thin Red Line və "Qızıl Palma" mükafatlı The Tree of Life kimi unudulmaz proyektlərə imza atan Terrens Malik (Terrence Malick), bu il II. Dünya müharibəsi ərəfəsində keçən A Hidden Life filmi ilə böyük ekrana geri qayıtdı. Dünya premyerasını 72-ci Kann Film Festivalında edən film, bir qisim insan tərəfindən xəyal qırıqlığı olaraq qeyd edilməsinə rəğmən, bir çox tənqidçilərin rəğbətini qazandı.

Картинки по запросу Terrence Malick Casts Mark Rylance, Matthias Schoenaerts, and Géza Röhrig in ‘The Last Planet’

Təxminən üç il bu film üzərində çalışan Malik (Malick), heç vaxt itirmədən bir sonrakı filmi üçün hazırlıqlara başladı. "Sonuncu planet" (The Last Planet) adındakı bu filmin çəkilişlərinə, keçən iyun ayında başladığını sizlərlə paylaşmışdıq. Hətta filmin “İncil”dəki hadisələrdən yola çıxaraq İsanın həyatından bəzi hissələri böyük ekrana daşıyacağı deyilirdi. Bu deyilənlərin doğru olduğunu rahatlıqla qeyd edə bilərik. Çünki filmin aktyor heyətində yer alacaq adların canlandıracaqları xarakterlər bu vəziyyətin doğruluğunu isbatlayır. Mark Raylens (Mark Rylance): “Terrens Malik (Terrence Malick), canlandıracağım şeytan xarakterinin dörd fərqli versiyasını yazdı”

"Sonuncu planet"in (The Last Planet) aktyor heyətində "Casus körpüsü" (Bridge of Spies) filmindəki performansıyla “Oskar” qazanan Mark Raylens (Mark Rylance), MalikA Hidden Life’da birlikdə çalışan Mattias Şonarts (Matthias Schoenaerts) və László Nemes’in “Oskar” mükafatlı Son of Saul filmindən tanıdığımız Géza Röhrig yer alacaq. Filmdə Mark Raylens (Mark Rylance), Şeytanı, Mattias Şonarts (Matthias Schoenaerts) isə İsanın on iki həvarisindən biri olan Peteri canlandıracaq. Géza Röhrig də İsaya həyat verəcək.

Картинки по запросу Terrence Malick

Digər yandan Mark Raylens (Mark Rylance), filmlə əlaqəli bəzi açıqlamalar verdi. Allocine saytına danışan Mark Raylens (Mark Rylance), öz səhnələrinin çəkilişlərinin oktyabr ayında başlayacağını qeyd edərkən, Terrens Malik (Terrence Malick) ilə çalışacağı üçün çox xoşbəxt olduğunu dilə gətirdi. Canlandıracağı xarakterler haqqında bunları dedi: “Terry, canlandıracağım Şeytan xarakterinin dörd fərqli versiyasını yazdı və mən sadəcə bir dənəsini oynayacağımı fikirləşirdim. Ancaq sonradan dörd nəfəri də oynayacağımı eşitdim. Bir nöqtədə bunlardan birinin qadın olması lazım gəlirdi. Ancaq Terrens Malik (Terrence Malick), məndən saqqal saxlamağımı istədiyində belə bir şeyin gerçəkləşməyəcəyini hiss etdim. Maraqla gözlənilən "Sonuncu planet"in (The Last Planet) nə vaxt premyerası olacağı hələ bilinmir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər