Tom Henks "Major Matt Mason" Filminin Baş Rolunda Yer Alacaq!

12 Sentyabr, 1970


Tom Henks (Tom Hanks), ayda yaşayan və işləyən bir astronavt olaraq 1960-cı illərdə istehsal olunan Major Matt Mason oyuncağından ilham alan filmin baş rolunda yer alacaq. Paramount Pictures’ın prodüserliyini üstlənəcəyi filmin ssenarisini Akiva Qoldsman (Akiva Goldsman) qələmə alacaq.

Ötən illərdə Sindirella (Cinderella), Pete’s Dragon, "Gözəl və Bədheybət" (Beauty and the Beast), Aladdin, "Kral şir" (The Lion King) kimi klassik animasiya filmlərini yenidən çəkən, qarşıdakı müddətdə Mulan, "Lilo və Stiç" (Lilo & Stitch), "Ağca və Ovçu" (Snow White), The Little Mermaid filmlərini də tamaşaçı qarşısına çıxarmağı planlayan Disney, yoluna live-action adaptasiyaları ilə davam edir.

Похожее изображение

Disney’in bu strategiyasına qarşılıq verən Paramount Pictures, oxşar live-action adaptasiyaları ilə izləyəci qarşısına çıxacaq. Prodüser şirkəti, oyuncaq firması Mattel’in istehsal etdiyi, ayda yaşayan və işləyən bir astronavt olaraq bazara çıxarılan Major Matt Mason oyuncağının filmini çəkməyi planlayır. Bu oyuncaq, xüsusilə Amerikanın kosmosa çıxma işlərini davam etdirdiyi 1960-cı illərdə populyar vəziyyətə gəlmiş, kosmik həyat, xarici müttəfiqlər və pis adamları dəstəkləyici xarakterlərilə özünə bir kainat yaratmışdı.

Похожее изображение

Variety’nin xəbərinə görə hələ rejissoru məlum olmayan filmin başrol aktyoru çoxdan tapılıb. Bu aralar yeni filmi A Beautiful Day in the Neighborhood’un premyerası üçün Toronto Film Festivalında olan Tom Henks (Tom Hanks), filmdə Matt Mason’ı canlandıracaq.

Tom Henksin (Tom Hanks) rol aldığı The Da Vinci CodeAngels & Demons filmlərinin ssenaristi Akiva Goldsman, filmin ssenarisini qələmə alacaq. Film, Pulitzer mükafatlı Michael Chabon‘un qısa hekayəsindən filmə adaptasiya olunacaq. Akiva Qoldsman (Akiva Goldsman) və Tom Henks (Tom Hanks), eyni zamanda filmin prodüserliyini də üstlənəcək. Apollo 13 filmindən sonra kosmosla yenidən iç-içə olmağa hazırlanan Tom Henksin  (Tom Hanks) xarakteri necə canlandıracağı maraq mövzusudur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər