Paramount Pictures, Con Travolta (John Travolta) və Nikolas Keycin (Nicolas Cage) baş rollarını paylaşdığı 1997-ci il istehsalı kəskin filmi "Üzsüz"ün (Face/Off) remeyki üçün hazırlıqlara başladı. Remeykin ssenarisini The Cloverfield Paradox və "22 Jamp Strit"in (22 Jump Street) ssenaristi Oren Uziel yazacaq.
Co Vunun (John Woo) rejissoru olduğu, baş rollarında Con Travolta (John Travolta) və Nikolas Keycin (Nicolas Cage) yer aldığı 1997-ci ilistehsalı "Üzsüz" (Face/Off), FBI agenti Sean Archer’ın, bir terror aktında uşağını öldürən və illərdir arxasınca qaçdığı Castor Troy’un Los-Ancelesə yerləştirdiyi biolojik silahı tapmaq üçün elədiklərini mövzu götürürdü. Castor’ın öldüyünü eşidən Sean, plastik əməliyyatla üzünü dəyişdirir və Castor’ın yerinə keçib dəstəsinin içinə sızaraq silahın yerini öyrənməyə çalışarkən, həmin ərəfədə komadan çıxan Castor da eyni üsulla Sean’in yerinə keçir və ikili arasındakı mübarizə tam fərqli tərəfə yönəlir.
Dünya miqyasında yüksək kassa gəlirləri əldə edən film, tamaşaçını ekrana cəlb edən kəskin və hərəkətli səhnələri ilə diqqətləri üstünə çəkmişdi. 90-ci illər kəskin filmlərinin ilk ağla gələn filmlərindən biri olan "Üzsüz"ün (Face/Off) vaxtilə bu qədər çox sevilməsi, yeni bir şey ortaya çıxarmaq mövzusunda geridə qalan Hollywood prodüserlərinin diqqətindən qaçmadı. Buradan da "Üzsüz" (Face/Off) filmi, illər sonra remeyk olaraq böyük ekrana geri qayıtmağa hazırlaşır.
Deadline’ın xəbərinə görə Paramount Pictures, "Üzsüz"ün (Face/Off) remeykini çəkmək üçün hazırlıqlara başladı. Yeni bir komanda və aktyor heyəti ilə yoluna davam edəcək olan remeykin ssenarisini The Cloverfield Paradox və "22 Jamp Strit"in (22 Jump Street) ssenaristi Oren Uziel qələmə alacaq.
Fast and Furious seriyasının prodüserlərindən Neal Moritz və orijinal filmin prodüseri Devid Permut (David Permut), remeykin prodüserliyini üstlənəcək. Filmin rejissoru və aktyor heyətində yer alacaq adlar hələ açıqlanmayıb.