“Morbius” Filminin Çəkilişindən İlk Foto Üzə Çıxdı!

06 Mart, 2019

Cared Letonun (Jared Leto) baş rolunda yer aldığı, “Venom” filmi ilə eyni kainatda olan “Spider-Man spin-off”un blokbasteri “Morbius’un çəkilişləri başladı.
Çəkiliş məkanından ilk fotonun yayımlandığı filmin, 31 iyul 2020-ci ildə premyerasının olacağı gözlənilir.

“Sony Pictures” şirkəti, Spider-Man Marvel kainatında yer almasına icazə verməsinə rəğmən, xarakterlə bağını tam anlamı ilə qoparmaq istəmir.
Bu istiqamətdə şirkət, Spider-Man-lə bağlantılı mənfi xarakterlərinin eyni kainatda yer alacağı yeni bir dövrün qapılarını açmaq üçün hərəkətə keçdi.

Картинки по запросу Morbius film

“Sony”nin Spider-verse adını verdiği bu kainatın ilk filmi isə keçən il premyerası olan, Tom Hardinin iştirak etdiyi (Tom Hardy) “Venom” filmi oldu. Film tənqidçiləri tərəfindən çox tənqid olunmasına rəğmən, “Venom” tamaşaçıların diqqətini çəkməyi bacardı, kassa gəlirində böyük uğur əldə etdikdən sonra isə davam filminin çəkilməsinə zəmin hazırladı.

Картинки по запросу Morbius film

“Venom”un ardından “Sony”, qurduğu film dünyasının, bir digər filmi olan “Morbius”un hazırlıqlarına başladı. DC film dünyasında Joker xarakteri ilə qarşımıza çıxan Cared Leto (Jared Leto) filmin baş rolunda yer alır. Tom Hardi (Tom Hardy) kimi A sinifi kateqoriyasından olan aktyorla film dünyasının açılışını edən “Sony”, yeni filmi üçün Cared Letonu (Jared Leto) komandalarına dəvət edərək böyük ümidlərlə qurduğu bu kainatı genişləndirmə yolunda əmin adımlarla ilərləyir.



Qısa bir müddət öncə Cared Letonun (Jared Leto) Twitter profilindən paylaşdığı görüntü, filmin çəkilişlərinin başladığına işarə edir. “Sony”nin, “Venom” filimin yaratdığı “xəyal qırıqlığını”, “Morbius” filmi ilə aradan götürüb götürməyəcəyini görmək üçün 31 iyul 2020 tarixini gözləməyimiz lazımdır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər