Robert Pattinsonlu "Mayak"dan Yeni Treyler Yayımlandı!

11 Sentyabr, 2019


The Witch ilə böyük rəğbət qazanan Robert Eggers’in, Uillem Defo (Willem Dafoe) və Robert Pattinsonlu ikinci filmi "Mayak"dan (The Lighthouse) yeni treyler yayımlandı. Film, dünya premyerasını etdiyi 72-ci Kann Film Festivalında tamaşaçıların rəğbətini qazanmışdı.

İlk uzunmetrajlı filmi olan The Witch ilə son illərin ən qorxulu filmlərindən birinə imza atan Robert Eggers, bu il ikinci uzunmetrajlı filmi olan "Mayak" (The Lighthouse) ilə filmsevərlərin qarşısına çıxdı. Eggers’in 1920 və 1940-cı illərin avadanlıqlarını istifadə edərək 35 mm kamerayla ağ-qara olaraq çəkdiyi film, dünya premyerasını etdiyi 72-ci Kann Film Festivalında həm filmsevərlərin həm də tənqidçilərin rəğbətini qazanmağı bacardı.

Картинки по запросу ‘The Lighthouse’: New Trailer Sees Robert Pattinson and Willem Dafoe Fight Over Secrets

Baş rollarını Uillem Defo (Willem Dafoe) və Robert Pattinsonun üstləndiyi fantastik qorxu janrındakı film. 1890-ci ildə, Maine’de yaşayan bir mayak mühafizəçisinin başına gələn hadisələri mövzu götürür. Eggers’ın ssenarisini qardaşı Max Eggers ilə birlikdə qələmə aldığı filmin prodüserliyini son illərdə diqqətçəkici işlərə imza atan, eyni zamanda The Witch’in de prodüseri olan A24 üstlənir.



Filmin haqlarını əlində saxlayan A24, bu ilin ən həyəcanverici proyektləri arasında yer alan "Mayak" (The Lighthouse) beynəlxalq haqları üçün Focus Features ilə razılaşdı. Filmin premyerası ABŞ-da 18 oktyabrda baş tutacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər