Maykl B. Cordanlı “Just Mercy”dən İlk Treyler Yayımlandı!

07 Sentyabr, 2019


“Short Term” 12 filmi ilə tanınan Destin Daniel Cretton’ın rejissoru olduğu, baş rollarında Maykl B. Cordan (Michael B. Jordan), Ceymi Fox (Jamie Foxx) və Bri Larsonun (Brie Larson) yer aldığı "Just Mercy"dən ilk treyler yayımlandı.

Film dünyasında “Short Term” 12 filmi ilə diqqət çəkən Destin Daniel Cretton, bir yandan Marvel’in asiyalı bir super qəhrəmanın hekayəsini mövzu götürən ilk filmi Shang-Chi and the Legend of the Ten Rings ilə Marvel film dünyasının qapılarını açarkən, digər bir yandan yeni filmi “Just Mercy” ilə film dünyasına damğa vurmağa hazırlaşır.

Картинки по запросу ‘Just Mercy’ Trailer Shows Michael B. Jordan as a Lawyer Fighting for One Man’s Freedom

Destin Daniel Cretton, “Just Mercy”nin ssenarisini bir digər filmi “The Glass Castle”ın ssenaristi olan Andrew Lanham ilə birlikdə qələmə alıb. Filmin baş rollarında Maykl B. Cordan (Michael B. Jordan), Ceymi Fox (Jamie Foxx) və rejissorun “Short Term” 12 filmində birlikdə işlədiyi Bri Larson (Brie Larson) yer alır.

"Just Mercy", qazanc məqsədi güdməyən Equal Justice Initiative şirkətinin qurucusu Bryan Stevenson’ın Just Mercy: A Story of Race and Redemption adlı anı kitabından filmə adaptasiya etdi. Film, qüsurlu bir hüquq sistemində ədalət üçün vuruşan bacaraqlı bir vəkil olan Bryan Stevenson’ın gerçək hekayəsinə işıq tutur. Digər bir yandan da cinayətin işləndiyi vaxtda, ətrafında bir çox şahidin olduğu bir barbekü şənliyində olmasına rəğmən heç cür günahsızlığını sübut edə bilməyən və törətmədiyi bir cinayət səbəbindən qısa bir mühakimə müddətinin ardından ölüm cəzası verilən Walter McMillian‘ın hekayəsini əsas götürür.



Amerika tarixi boyunca davam edən irqçilik məsələsinə fərqli bir tərəfdən yaxınlaşmağı hədəfləyən filmdə, Walter McMillian’ı Ceymi Fox (Jamie Foxx), Bryan Stevenson’ı isə Maykl B. Cordan (Michael B. Jordan) canlandırır. Aktyor Maykl B. Cordan (Michael B. Jordan), FoxLarson’la yanaşı O’Shea Jackson Jr., Tim Bleyk Nelson (Tim Blake Nelson), Rob MorganReyf Spoll (Rafe Spall) iştirak edir.

Dünya premyerasını  44-cü Toronto Film Festivalında edəcək olan filmin bu il “Oskar” yarışısında olduqca iddialı olması gözlənilir. Toronto Film Festivalı Direktoru Cameron Bailey’nin bir müddət əvvəl etdiyi açıqlamalar da filmin xüsusilə aktyorluq kateqoriyalarında adından sıxca söz etdirəcəyini göstərir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər