İzabel Yupperin Oynadığı “Frankie"nin Treyleri Çıxdı!

20 Avqust, 2019

Keep the Lights On, Love Is Strange“Little Men” kimi sevilən filmlərə imza atan Ira Sachs’in rejissoru olduğu, baş rolunda peşəkar aktrisa İzabel Yupperin (Isabelle Huppert) yer aldığı “Frankie”dən yeni treyler yayımlandı.

Keep the Lights On, Love Is Strange“Little Men” kimi sevilən filmlərə imza atan, Amerikanın bağlantısız filminin önəmli simalarından Ira Sachs, bu il yeni filmi "Frankie" ilə böyük ekrana geri qayıtdı. Baş rolunda aktrisa İzabel Yupperin (Isabelle Huppert) yer aldığı film, ailə böyüklərindən biri vəfat etmədən əvvəl son bir ailə tətili üçün Portuqliyada bir sahil qəsəbəsində bir araya gələn Avropalı bir ailənin hekayəsini danışır. Ailənin fərqli yaşda olan fərdlərini bir araya gətirən bu tətil, hamısının içindəki romantik duyğularını oyandırıb aralarındakı küskünlükləri üzə çıxararkən, bir-birlərinə dərindən bağlı olduqlarının fərqinə varırlar.

Похожее изображение

İzabel Yupperin (Isabelle Huppert) ilə birlikdə filmin aktyor heyətində Marisa Tomey (Marisa Tomei), Jeremi Renye (Jeremie Renier), Qreq Kinnir (Greg Kinnear) və Brendan Qlison (Brendan Gleeson) kimi önəmli adlar yer alır. Sony Pictures Classics’in Cənubi Amerika haqlarını satın aldığı film, 72-ci Kann Film Festivalında “Qızıl Palma” üçün yarışdıqdan sonra gələn ay 44-cü Toronto Film Festivalına qonaq olacaq.



Sachs’in ssenarisini Mauricio Zacharias ilə birlikdə qələmə aldığı film, İzabel Yupperin (Isabelle Huppert) gözündə fərqli bir yerə qoyur. Çünki İzabel Yupper (Isabelle Huppert), "Frankie"nin bugünə qədər rol aldığı filmlərdən çox fərqli olduğunu qeyd edir. “Frankie"nin çox həssas bir film olduğunu deyə bilərəm. Filmdə faciəvi bir şey yoxdur, amma ən gözəl məkanda çəkiliş etməyimizə rəğmən filmdəki vəziyyətin özü faciəvidir.” Açıqlaması ilə də fərqli bir film izləyəcəyimizi göstərir. Filmin, Amerikada 25 oktyabrda premyerası planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər