“Rembo 5: Axırıncı Qan” (Rambo: Last Blood) Filminin Çəkilişi Bitib!

04 Mart, 2019

"Birinci Qan" (First Blood) adı ilə başlayan və kəskin janrın önəmli təmsilçilərindən birinə çevrilən seriyanın beşinci və son filminin adının “Rembo 5: Axırıncı Qan”ın (Rambo 5: Last Blood ) olacağı rəsmi olaraq açıqlandı. Filmin baş rolunda, Silvestr Stallone ilə birlikdə Pas Veqa (Paz Vega) da olacaq.

Baş rolunda Silvestr Stalloneni (Sylvester Stallone) izləyəcəyimiz “Rembo 5: Axırıncı Qan”ın ssenarisi, Stallone və Metyu Siryulnik (Matt Cirulnick) tərəfındən yazılıb. Filmin rejissorluğunu isə daha əvvəl “Cek Riçer” (Jack Reacher), “Narcos" və “Sense8” kimi proyektlərdə köməkçi rejissor kimi çalışmış Adrian Qrunberq (Adrian Grunberg) edəcək. Filmin çəkilişləri Bolqarıstan, İspaniya, Kanar Adaları və Londonda gerçəkləşib.




Rambo., Meksikalı bir narkotik karteliylə qarşı-qarşıya gələcək. “Seriyanın beşinci filmində, Rambo-nun dostlarından birinin Amerika-Meksika sərhədindəki fermada çalışan qızı qaçırılır. Rambo, özünü Meksikanın ən sərt narkotik kartellərinden birinin qarşısında mübarizə apararkən görür”




Filmdə Stallonenin tərəf-müqabili Pas Veqa (Paz Vega). Veqayı, narkotik kartelini araştıran və qaçırılan ögey bacısını qurtarmağa çalışan, Remboya dəstək olan jurnalist Karmen Delqado (Carmen Delgado) rolunda izləyəcəyik. Pas Veqa 2002-ci ildə Kann film festivalında bacaraqlı gənc aktyorları dəstəkləyib, sövq etmək adına verilən “Chopard Trophy”ə layiq görülüb.


1982-ci il istehsalı Rambo-da, Con Rembo (John Rambo) karakterini canlandıran Silvestr Stallonenin aktyorluğu böyük səs gətirmişdi və “Rokki”dən (Rocky ) sonra adını daha geniş auditoriyaya tanıtmağa nail olmuşdu. Devid Morrellin (David Morrell) “Birinci Qan” (First Blood) kitabından filmə adaptasiya olunan, kassada böyük gəlir əldə etdikdən sonra, üç davam filminin çəkilməsinə səbəb olmuşdu. Ancaq, ticari baxımdan uğuruna görə çəkilən bu filmlər, ilk filmin heç yanına yaxınlaşa bilmədi.

Bu dört filmdən sonra seriyanın yeni, yəni beşinci filmi üçün çoxdan çalışmağa başlamışdılar. Hətta, Silvestr Stallonenin yeni filmdə rol almayacağı, Rembo rolunu başqa birinə təslim edəcəyi mövzusu gündəmə gəlmişdi. Onu da qeyd edək ki, bu filmin seriyanın sonuncu filmi olacağı gözlənilir.

Kəskin janrın sevilən seriyalarından olan Rambo-nun son filminin 2019-cu ilin sentyabrında premyerası gözlənilir.


Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər