“Qızıl Palma” mükafatlı “Parasite”in Yeni Treyleri Çıxdı!

16 Avqust, 2019


Memories of Murder, The Host və Okja kimi filmlərə imza atan Bong Joon-ho’nun 72-ci Kann Film Festivalından “Qızıl Palma” ilə qayıdan son filmi “Parasite”dən yeni treyler yayımlandı.

Cənubi Koreyada çəkdiyi Memories of Murder, The HostMother kimi filmlərlə tanınan Bong Joon-ho; bəyənilən Snowpiercer ilə Hollivudda addım atdıqdan sonra,  Ceyk Cillenhol (Jake Gyllenhaal) və Tilda Suintonlu (Tilda Swinton) Netflix filmi Okyaya imza atmışdı. Həm Cənubi Koreyada, həm də Hollivuda çəkdiyi filmlərlə adından söz etdirməyi bacaran Joon-ho bu il yeni filmi Parasite ilə filmsevərlərin qarşısına çıxdı. Dünya premyerasını etdiyi 72-ci Kann Film Festivalının ən bəyənilən filmləri arasında yer alan “Parasite”, festivaldan “Qızıl Palma” ilə qayıtmağı bacardı.

Похожее изображение

Hər biri bənzərsiz xarakterlərə sahib dört nəfərlik bir ailənin yaşadıqları çalxantılı həyatın dərinliklərinə toxunan film, son iki filmini ingiliscə çəkən rejissorun on il sonra Koreya dilində çəkdiyi ilk film olma özəlliyini daşıyır. Joon-ho yeni filmində həyatları iç-içə keçən iki ailənin hekayəsi vasitəsilə ölkəsində təbəqə fərqliliklərinə diqqət çəkir.

Filmin baş rolunda rejissorun Memories of Murder, The HostSnowpiercer filmlərində birlikdə çalışdığı Song Kang-ho yer alır. Filmin aktyor heyətində Kang’ho ilə yanaşı Choi Woo-shik, Jang Hye-jin, Park So-dam, Lee Sun-kyunJo Yeo-jeong iştirak edir.

“Qızıl Palma” qazanan ilk Cənubi Koreya filmi olan “Parasite”in bu il ölkənin “Oskar” namizədi olması gözlənilir. Bu vaxta qədər aldığı rəylərə baxılarsa filmin Cənubi Koreya Ən Yaxşı Beynəlxalq Film (keçmiş adıyla Xarici Dildə Ən Yaxşı Film) kateqoriyasında ilk namizədliyini qazandırma ehtimalı da olduqca yüksək görünür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər