Qreta Qerviq İmzalı "Little Women"dən İlk Treyler Yayımlandı!

15 Avqust, 2019


Qreta Qerviq (Greta Gerwig) imzalı Little Women adaptasiyasından ilk treyler yayımlandı. Meril Strip (Meryl Streep), Emma Uotson (Emma Watson), Sirşa Ronan (Saoirse Ronan), Timoti Şalame (Timothée Chalamet), Lora Dern (Laura Dern) və Florens Fyu (Florence Pugh) kimi adları bir araya gətirən filmin, 14 fevral 2020-ci ildə premyerası olacaq.

Louisa May Alcott’ın romanı  Little Women, bu il yeni adaptasiyası ilə filmsevərlərin qarşısına çıxacaq. Alcott’ın daha əvvəl bir çox adaptasiyaya mövzu olan unudulmaz əsərini bu dəfə Qreta Qerviq (Greta Gerwig) filmə adaptasiya edir. Noah Baumbach ilə birlikdə çalışdığı Mistress AmericaFrancis Ha kimi filmlərlə filmsevərlərin qəlbini qazanmağı bacaran Qerviq, rejissoru olduğu ilk uzunmetrajlısı olan "Xanım quşcuğaz" (Lady Bird) ilə adından təriflə söz etdirərək Ən Yaxşı Rejissor və Ən Yaxşı Ssenari nominasiyalarında “Oskar” namizədliyi qazanmağı bacarmışdı.

Вышел первый трейлер «Маленьких женщин» Греты Гервиг

Qerviq’in yazıb rejissoru olduğu film; Meg, Jo, Beth və Amy adlı dörd bacının Amerika daxili müharibəsi sonrasında keçən böyümə hekayəsini mövzu götürür. 
Little Women, həm Qreta Qerviq (Greta Gerwig) imzası daşıması, həm də peşəkar aktyor heyəti ilə bu ilin ən həyəcanverici filmləri arasında yer alır. Filmin aktyor heyətində Meril Strip (Meryl Streep), Emma Uotson (Emma Watson), Sirşa Ronan (Saoirse Ronan), Timoti Şalame (Timothée Chalamet), Lora Dern (Laura Dern), Florens Fyu (Florence Pugh) və Bob Odinkirk (Bob Odenkirk) kimi önəmli adlar yer alır.



ABŞ-da 25 dekabr  2019-cu ildə filmsevərlərlərin ixtiyarına veriləcək. "Xanım quşcuğaz" (Lady Bird) ilə 2018-ci ildə mükafat sezonunun önə çıxan adları arasına girməyi bacaran Qerviq, yeni filmiylə bu uğuru təkrarlayacaq kimi görünür. Mükafat sezonunda premyerası olacaq Little Women’ın bu il “Oskar” yarışında ən iddialı proyektlərdən biri olacağına şübhəmiz yoxdur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər