Elvis Preslinin Bioqrafik Filminin Premyera Tarixi Məlum Oldu!

06 Avqust, 2019


Austin Butler
baş rolunda iştirak etdiyi filmin premyera tarixi açıqlandı. Elvis Presley'nin həyatını böyük ekrana gətirəcək olan Baz Lurmanın (Baz Luhrman) rejissor kürsüsünə keçdiyi bioqrafik filmin premyera tarixi rəsmi olaraq açıqlandı. Keçən həftələrdə filmin baş rolu olaraq Austin Butlerlə razılaşma bağlandığı ortaya çıxmışdı.

The Shannara Chronicles, Arrow, The Carrie Diaries ilə Once Upon A Time In Hollywood kimi proyektlərdə qarşımıza çıxan və The Dead Don't Die ilə böyük ekranda yer alacaq olan Austin Butler'in Elvis Presley'ə həyat verəcəyi, hələ adı məlum olmayan Elvis Presley bioqrafik filminin premyera tarixi elan edildi. Əgər hər şey qaydasında gedərsə bioqrafik film, 1 oktyabr 2021-ci il tarixində izləyicilərin ixtiyarına veriləcək kimi görünür. Bilindiyi kimi Austin Butler, Hollywood'un ulduz adları arasından qalib çıxaraq Elvis Presley rolu üçün razılaşma imzalamışdı. Presley olaraq düşünülən bu adlar arasında Ensel Elqort (Ansel Elgort), Maylz Teller (Miles Teller), Harry StylesAaron Taylor Johnsonda var idi. Ancaq "Böyük Qetsbi" (The Great Gatsby), Moulin Rouge, Romeo + Juliet kimi filmləri ilə tanınan rejissor Baz Lurmanın (Baz Luhrman) verdiyi açıqlama ilə Austin Butler'ın tamamilə doğru seçim olduğunu düşündüyü ortaya çıxmışdı.

Austin Butler’s Elvis Presley Biopic Gets Fall 2021 Release Date ile ilgili görsel sonucu

Bioqrafiya janrındakı film, Elvis Presley'nin musiqi karyerasını və yaşamını eyni vaxtda kəşf etməyə istiqamətli olacaq. Xüsusilə meneceri Colonel Tom Parker ilə olan qarmaşıq münasibətləri gözlər önünə səriləcək. Bilindiyi kimi Tom Parker, Elvis Presley'i hələ heç kim tanımazkən kəşf etmiş və onun karyerasına gedən yolda yanında yer almışdı. Parker'ın, Elvis Presley'nin karyerasının demək olar ki, hər adımından cavabdeh olmağı ilə bərabər, xüsusilə ən populyar musiqi şirkətlərindən biri olan RCA ilə elədiyi albom razılaşması və aktyorluq karyerası uğurunda da əli var idi.

Austin Butler’s ile ilgili görsel sonucu

Presley bioqrafiyasının da son zamanlarda populyar olan digər bioqrafik filmlərdən Rocketman"Bohemiya rapsodiyası" (Bohemian Rhapsody) arasında yer alması gözlənilir. Baz Lurman (Baz Luhrman), Moulin Rouge filmi ilə “Oskar” namizədliyi əldə etmiş, bundan əlavə Moulin Rouge iki “Oskar” kateqoriyasında mükafatın sahibi olmuşdu. Bu vəziyyətdə Lumanın “Oskar” yarışına qatıla biləcəyi bir film ortaya çıxarması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər