U.Defo və R.Pattinsonlu "Mayak"dan İlk Treyler Yayımlandı!

01 Avqust, 2019


The Witch
ilə böyük uğur qazanan Robert Eggers’in, Uillem Defo (Willem Dafoe) və Robert Pattinsonlu yeni filmi "Mayak"dan (The Lighthouse) ilk treyler yayımlandı. Film, dünya premyerasını etdiyi 72-ci Kann Film Festivalında bəyənilərək qarşılanmışdı.

Willem Dafoe and Robert Pattinson Lose Their Sanity in ‘The Lighthouse’ Trailer ile ilgili görsel sonucu

İlk uzunmetrajlı filmi olan The Witch ilə son illərin ən yaxşı qorxu filmlərindən birinə imza atan Robert Eggers, bu il ikinci uzunmetrajlı filmi olan "Mayak" (The Lighthouse) ilə filmsevərlərin qarşısına çıxdı. Eggers’ın 1920-ci və 1940-cı illərin avadanlıqlarını istifadə edərək 35 mm kamerayla ağ qara olaraq çəkdiyi film, dünya premyerasını etdiyi 72-ci Kann Film Festivalında həm filmsevərlər, həm də tənqidçilər tərəfindən müsbət rəy almışdı.

 Фото: youtube.com

Baş rollarını Uillem Defo (Willem Dafoe) və Robert Pattinsonun üstləndiyi fantastik qorxu janrındakı film; 1890-ci ildə, Maine’də yaşayan bir mayak keşikçisinin başına gələn qeyri-adi hadisələri mövzu götürür. Eggers’ın ssenarisini qardaşı Max Eggers ilə birlikdə qələmə aldığı filmin prodüserliyini son illərdə diqqət çəkici işlərə imza atan A24 üstlənir. Filmin haqlarını əlində saxlayan A24, bu ilin ən həyəcanverici proyektləri arasında yer alan "Mayak"ın (The Lighthouse) beynəlxalq haqları üçün Focus Features ilə razılaşıb.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər