Cennifer Lopez "The Godmother"nin Baş Rolunda Oynayacaq!

31 Iyul, 2019

Kolumbiyalı narkotik baroniçası Griselda Blanconun həyatı film olur. Üstəlik baş rolda Cennifer Lopez (Jennifer Lopez) var. “The Godmother" kolumbiyalı narkotik baroniçası Griselda Blanco'nun həyatını mövzu alacaq dramatik bir bioqrafiya olaraq böyük ekrana adaptasiya olunacaq. Filmin baş rolunda ötən günlərdə 50 yaşını qeyd edən ulduz Cennifer Lopez (Jennifer Lopez) olacaq. Lopez eyni zamanda Elaine Goldsmith-Thomas, Benny MedinaJulie Yorn ilə birlikdə filmin prodüserləri arasında da yer alacaq. Hətta söyləntilərə görə gözəl aktrisa, ilk rejissorluq təcrübəsini də “The Godmother” ile yaşayacaq.



Ssenarisini Regina CorradoTerens Uinterin (Terence Winter) qələmə alacağı “The Godmother” üçün Cennifer Lopez (Jennifer Lopez), Griselda’nın hekayesindən çox təsirləndiyini və kamera önündə onu canlandırmaq üçün çox həyəcanlandığını vurğuladı. Bundan əlavə Lopez, Griselda Blanco'yu məşhur, ehtiraslı, hiyləgər, ürpərdici olaraq təsvir etdi.



Griselda Blanco’nun gerçək həyatından ilhamlanan proyektdə, La Madrina ləqəbilə anılan Griselda’nın yüksəlişi və düşüşü danışılacaq. Kolumbiyada kasıb bir uşaqlıq keçirən Blanco, narkotik dünyasının göbəyinə yerləşmiş və qəddarlığı ilə məşhurdur. 2 milyard dollardan çox bir sərvətə sahib olduğu düşünülən Blanco, olduqca böyük çatışmalardan birinin də kapitanı olaraq bilinir. Maraqla gözlənilən filmin çəkilişlərinə nə vaxt başlanacağı isə naməlum olaraq qalır…

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər