Keysi Afflekin (Casey Affleck) yazıb rejissoru olduğu "Həyatımın işığı"ndan (Light of My Life) ilk treyler yayımlandı. Dünya premyerasını 69-cu Berlin Film Festivalında edən filmin, gələn ay ABŞ-da premyerası olacaq.
2016-cı il istehsalı Manchester By the Sea ilə Ən Yaxşı Kişi Aktyoru “Oskarı”nı qazanan Keysi Afflek (Casey Affleck), I’m Still Here’dan doqquz il sonra bir dəfə daha rejissor kürsüsünə oturduğu bir filmlə filmsevərlərin qarşısına çıxır. Keysi Afflekin (Casey Affleck) dünya premyerasını 69-cu Berlin Film Festivalında edən yeni filmi "Həyatımın işığı"nın (Light of My Life), gələn ay ABŞ-da premyerası olacaq. Berlində filmsevərlər tərəfindən bəyənilərək qarşılanan filmin premyerası üçün gözlənti davam edərkən, filmdən ilk treyler yayımlandı.
Bir antiutopiya hekayəsini ailə vasitəsilə göstərən "Həyatımın işığı"nda (Light of My Life) qadınların olmadığı bir cəmiyyət strukturu göstərilir və qadın və kişinin cəmiyyətdəki rolları yeni bir baxışla ələ alınır. Keysi Afflekin (Casey Affleck), bu strukturda nə olursa olsun qızını qorumağa çalışan bir atayı canlandırır. Filmin baş rollarında Affleklə yanaşı Elisabeth Moss və Anna Pniowsky iştirak edir.
Afflekə qarşı qaldırılan cinsi zorakılıq ittihamları sonrası necə dönüş edəcəyi hamının maraq obyektidir. Daha əvvəl Sundance üçün çəktiyi qısa filmlər və mockumentary (sahte belgesel) janrındakı I’m Still Here üçün kamera arxasına keçən Afflek, "Həyatımın işığı"nda (Light of My Life) ilə rejissorluq karyerasının ilk təqdirəlayiq işinə imza atır. I’m Still Here’ın çəkiliş yerindəki davranışları səbəbilə cinsi təcavüzə görə ittiham ilə məhkəməyə verilən, Manchester By the Sea’nin premyerası ərəfəsində təkrar gündəmə gəlməsilə qınaq obyektinə çevrilən Afflekin, film dünyası tərəfindən təkrar qəbul edilib, edilməyəcəyi maraq doğurur.