Tom Henksin (Tom Hanks), Won’t You Be My Neighbor? Sənədli filmdə də mövzu olan Fred Rogers’a həyat verdiyi, Marielle Heller imzalı A Beautiful Day in the Neighborhood’dan ilk treyler yayımlandı.
Karyerasına aktyor olaraq başladıqdan sonra ilk dəfə 2015-ci il istehsalı The Diary of a Teenage Girl üçün kamera arxasına keçən Marielle Heller, ilk rejissorluq sınağında olduqca yaxşı bir iş ortaya qoyaraq adından söz etdirməyi bacarmışdı.
Keçən ilin bəyənilən filmləri arasında yer alan və “Oskar” yarışında adından tez-tez söz etdirən Can You Ever Forgive Me? ilə ikinci uzunmetrajına imza atan Heller, bu il də yeni filmi A Beautiful Day in the Neighborhood ilə adından söz etdirməyə hazırlanır.
Ssenarisini Micah Fitzerman-Blue və Noah Harpster ikilisinin yazdığı film, Amerikanın məşhur televiziya adamını Fred Rogers‘ı mərkəzinə alır. Rogers’ın hekayəsi keçən ildə Won’t You Be My Neighbor ilə böyük ekrana gətirilmiş və 2018-ci ilin ən yaxşı sənədli filmləri arasında yer almışdı.
Heller’in daha əvvəl etdiyi açıqlamalara baxılarsa qarşımızda bioqrafik bir filmdən əlavə Rogers’la jurnalist Tom Junod arasında yaranan dostluğu mövzu götürən bir film var.
A Beautiful Day in the Neighborhood’da məşhur televiziya adamına Tom Henksin (Tom Hanks) həyat verir. Filmdə Henksə Tom Junod rolundakı Matthew Rhys‘la birlikdə Kris Kuper (Chris Cooper), Susan Kelechi Watson və Noah Harpster kimi simalar iştirak edir. Bu il “Oskar” yarışında iddialı olması gözlənilən A Beautiful Day in the Neighborhood, ABŞ-da 22 noyabrda, yəni mükafat sezonunda premyerası olacaq.