Qreta Gerviq (Greta Gerwig) və Noah Baumbach, Marqo Robbinin (Margot Robbie) baş rolunu üstlənəcəyi "Barbie" filminin ssenarisini qələmə alacaq. Qreta Gerviq (Greta Gerwig) eyni zamanda filmin rejissor kürsüsündə də otura bilər.
2014-cü ildən bəri hazırlıq mərhələsində olan və aradan keçən müddətdə həm baş rol aktyoru, həm də studiyası dəyişən "Barbie" filmi yavaş-yavaş formalaşmağa başlayır. Warner Bros.’un prodüserliyini üstləndiyi filmin baş rolunu Margot Robbie‘nin oynayacağının açıqlanmasının ardından, indi də filmin ssenarisini qələmə alacaq adlar məlum oldu. Üstəlik bu adlar birlikdə bəyənilən filmlərə imza atan Qreta Gerviq (Greta Gerwig) və Noah Baumbach cütlüyündən başqası deyil.
Ssenarisini birlikdə qələmə aldıqları Frances Ha və Mistress America kimi filmlərlə filmsevərlərin ürəyini qazanmağı bacaran ikili, Marqo Robbinin (Margot Robbie) baş rolunu üstləndiyi "Barbie" filminin ssenarisini qələmə alacaq. Warner Bros.’un eyni zamanda Qreta Gerviqin (Greta Gerwig) filmin rejissoru olmağı istədiyi, amma hələ tərəflər arasında bir razılaşma əldə edilmədiyi qeyd olunur.
İkinci uzunmetrajlı film olan "Xanım quşcuğaz" (Lady Bird) ilə "Ən Yaxşı Rejissor" və "Ən İyi Orijinal Ssenari" “Oskarları”na namizəd göstərilən Qerviq, bu aralar yeni filmi Little Women‘ın post-prodakşn müddəti ilə məşğuldur. Noah Baumbach isə Netflix’te yayınlanacaq, Skarlett Yohansson (Scarlett Johansson) və Adam Drayverli (Adam Driver) yeni filminin post-prodakşn müddəti ilə maraqlanır.
Bir "Barbie" filmi üçün həyəcanlanmaq, hətta belə bir filmin niyə çəkildiyini başa düşmək olduqca çətin olsa da Qreta Gerviq (Greta Gerwig) və Noah Baumbach’ın daxil olması bu proyeki bir anda diqqət çəkici edir. Qerviq və Baumbach’ın Margot Robbie kimi təsiredici performanslara imza ata bilən bir aktrisanın necə bir iş çıxaracağını gözləyib görəcəyik.
"Barbie" filminin 8 may 2020-ci ildə premyerası olması açıqlanmışdı. Ancaq kamera arxasında yaşanan dəyişikliklərin ardından filmin premyera tarixinin dəyişə biləcəyini xatırlamaqda fayda var.