“Bir Dəfə Hollivudda” Filminin İki Yeni Treyleri Çıxdı!

05 Iyul, 2019

Kventin Tarantinonun (Quentin Tarantino) aktyor heyətində Leonardo Dikaprio (Leonardo DiCaprio), Bred Pitt (Brad Pitt), Marqo Robbi (Margot Robbie), Al Paçino (Al Pacino), Kurt Rassel (Kurt Russell), Tim Rot (Tim Roth) və Dakota Fenninq (Dakota Fanning) kimi adların yer aldığı yeni filmi “Bir Dəfə Hollivudda”dan (Once Upon a Time… in Hollywood) iki yeni tanıtım treyleri yayımlandı.

2019-cu ilin ən maraqla gözlənilən filmləri arasında şübhəsiz Kventin Tarantino (Quentin Tarantino) imzalı “Bir Dəfə Hollivudda” (Once Upon a Time… in Hollywood) da yer alır. “Bir Dəfə Hollivudda” (Once Upon a Time… in Hollywood), həm Tarantino filmi olmasıyla, həm də diqqətçəkici aktyor heyəti ilə son illərin ən iddialı proyektlərindəndir.



1960-cı illərin Hollivudunda keçən filmin baş rollarını Leonardo Dikaprio (Leonardo DiCaprio) və Bred Pitt (Brad Pitt) üstlənir. Filmin aktyor heyətində Leonardo Dikaprio (Leonardo DiCaprio) və Pittə Marqo Robbi (Margot Robbie), Al Paçino (Al Pacino), Kurt Rassel (Kurt Russell), Tim Rot (Tim Roth), Dakota Fenninq Timoti Olifant (Timothy Olyphant), Maykl Medsen (Michael Madsen), Luke Perry, Ceyms Marsden (James Marsden), Lina Danem (Lena Dunham), Emil Hirş (Emile Hirsch) və Brüs Dern (Bruce Dern) kimi aktyorlar iştirak edən “Bir Dəfə Hollivudda” (Once Upon a Time… in Hollywood), 23 avqustda premyerası olacaq.



1969-cu ilin Los-Ancelesdə keçəcək filmdə, artıq Hollivudda tanınmaqda çətinlik çəkən, Sharon Tate’in qapı qonşusu Rick Dalton ilə onun uzun müddətdir birlikdə işlədiyi dublyoru Cliff Booth’un hekayəsindən bəhs edəcək. Ancaq hekayənin arxa planında həm o illərin film sektorunu, həm də sektor içərisində yer alan məşhur simaları görmə imkanı əldə edəcəyik. Bu baxımından filmdə Sharon Tate, Steve McQueen, Sam Wanamaker, Bruce LeeRoman Polanski kimi məşhur tarixi fiqurlar yer alacaq. Bundan əlavə Sharon Tate və 4 dostunun Charles Manson’ın təriqəti tərəfindən qətl edilməsinin də filmin bir yerində qarşımıza çıxacağını deyə bilərik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər