Meril Strip "Məzun Gecəsi"nin Aktyor Heyətinə Qatıldı!

28 Iyun, 2019

American Horror Story, The Normal HeartFeud kimi proyektlərlə tanınan Ryan Murphy’nin rejissoru olacağı "Məzun Gecəsi"nin (The Prom) aktyor heyətində Meril Strip (Meryl Streep), Nikol Kidman (Nicole Kidman), Ceyms Korden (James Corden), Ariana Grande, Keegan-Michael KeyAndrew Rannells kimi məşhur simalar yer alacaq.

Nip/TuckGlee kimi seriallarla adını eşitdirdikdən sonra American Horror Story ilə böyük uğur qazanan və son illərdə televiziya dünyasının ən önəmli simalarından biri halına gələn Ryan Murphy, diqqət çəkici proyektlərinə bir yenisini daha əlavə edir. Ötən aylarda Netflix ilə uzun illər yayımlanan 300 milyon dollarlıq razılaşma imzalayan Murphy, bu razılaşmaya əsasən inkişaf etdirdiyi proyektlərindən biri olan "Məzun Gecəsi" (The Prom) üçün diqqət çəkən bir aktyor heyətini bir araya gətirir.

Картинки по запросу The Prom’ for Netflix; Meryl Streep, nicole kidman

Murphy’nin 2014-cü il istehsalı The Normal Heart’dən sonra rejissoru olduğu ilk film olacaq "Məzun Gecəsi"nin (The Prom) aktyor heyətində Meril Strip (Meryl Streep), Nikol Kidman (Nicole Kidman), Ceyms Korden (James Corden), Ariana Grande, Keegan-Michael KeyAndrew Rannells  kimi önəmli simalar yer alacaq. Bu adların sırasına, filmin mərkəzində yer alan Emma xarakterini canlandıracaq gənc bir aktrisa da qatılacaq. Emma’yı canlandıracaq adın da çox yaxın zamanda məlum olması gözlənilir. İstedadlı müğənni Ariana Grande, filmdə rol almaqla yanaşı Ryan Murphy ilə birlikdə filmin soundtrack albomunun da prodüserliyini üstlənəcək.



"Məzun Gecəsi" (The Prom), 2018-ci ilin oktyabr ayında Brodveyddə səhnəyə qoyulmağa başlayan və 6 “Tony” namizədliyi qazanan eyniadlı müzikldan filmə adaptasiya olunur. Tamaşanın da yazıçıları olan Chad BeguelinBob Martin‘in ssenarisini qələmə aldığı film, bir vaxtlar olduqca məşhur olan dörd Brodvey aktyorunun, lezbiyan bir tələbənin (Emma) rəfiqəsini məzun gecəsinə aparmağa icazə verilmədiyi bir Indiana qəsəbəsinə getməsi ilə yaşanan hadisələri mövzü götürür. Bu dördlük ilk baxışda fərqli olmalarının qəbul edilməsi üçün mübarizə aparmış olsa da, əslində tək məqsədləri bu olanlardan istifadə edərək özlərini yenidən gündəmə gətirməkdir. Çəkilişlərinə dekabr ayında başlanacaq olan "Məzun Gecəsi"nin (The Prom) gələn il mükafat sezonunda tamaşaçıların ixtiyarına verilməsi gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər