C.Bale və S.Cooper, “Valhalla” Üçün Yenidən Bir Araya Gələ Bilər!

25 Iyun, 2019

Daha əvvəl Out of the Furnace"Düşmənlər"də (Hostiles) birlikdə çalışan Kristian Beyl (Christian Bale) və Skott Kuper (Scott Cooper), “Valhalla” adını daşıyan yeni bir film üçün yenidən bir araya gələ bilər.

2009-cu ildə, Ceff Bricesin (Jeff Bridges) “Oskar” mükafatlı performansı ilə yaddaşlara həkk olunan Crazy Heart ilə film dünyasına təsirli bir giriş edən Skott Kuper (Scott Cooper) sonraki illərdə "Cəhənnəmdən gələn" (Out of the Furnace), "Qara Messa" (Black Mass) və "Düşmənlər" (Hostiles) kimi proyektlərlə gündəmə gəlməyi bacardı. Son olaraq fantaziya və qorxu janrlarını qarışdıran Antlers’ın rejissor kürsüsünə oturan Kuper, daha yeni filminin premyerası olmadan, bir sonraki proyekti üçün hazırlıqlara başladı.

Image result for Christian Bale, Director Scott Cooper

Deadline’ın xəbərinə görə Kuper, "Valhalla" adını daşıyan yeni bir film üçün hazırlıqlara başlamış vəziyyətdədir. Hələ hazırlıq müddətinin ilk mərhələsində olan film haqqında bilinənlər olduqca az olsa da, proyektin Kuperi daha əvvəl "Cəhənnəmdən gələn" (Out of the Furnace) və "Düşmənlər"də (Hostiles) birlikdə çalıştığı istedadlı aktyor Kristian Beyl (Christian Bale) ilə yenidən bir araya gətirə biləcəyi deyilir. Digər yandan Collider tərəfindən paylaşılan bilgilərə görə filmdə Kristian Beyl (Christian Bale) il birlikdə rol alması üçün Coel Edgertonun (Joel Edgerton) da adı keçir. Son olaraq, hələ mövzu haqqında rəsmi bir açıqlama verilməsə də, "Valhalla"nın Netflixdə hazırlandığı gələn məlumatlar arasındadır.

Image result for Christian Bale, Director Scott Cooper

Skott Kuper (Scott Cooper) eyni zamanda Over Tumbled Graves üçün də hazırlıqlara başlamış vəziyyətdədir. Skott Kuperin (Scott Cooper) hazırlıq mərhələsindəki tek proyekti "Valhalla" deyil. Rejissorun eyni zamanda Over Tumbled Graves adını daşıyan fərqli bir proyekt üzərində də çalışdığı qeyd olunur. Bu proyekt haqqında bilinənlər də olduqca az olsa da, proyektin adı, Kuperin Jess Walter‘ın eyni adlı romanını böyük ekrana adaptasiya edə biləcəyini düşündürür. Walter’ın çox bəyənilən romanı, Vaşinqtonda bir qatilin dalınca düşən qadın bir dedektivin hekayəsini danışır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər