Maykl Fassbender "Malko"nun Baş Rolunda Yer Alacaq!

22 Iyun, 2019

Ən son "Qaranlıq Feniks"də (Dark Phoenix) qarşımıza çıxan Maykl Fassbender (Michael Fassbender), Gérard de Villiers‘in bütün dünyada çox satılan  S.A.S. kitab seriyasından filmə adaptasiya olunacaq kəskin janrdakı "Malko"nun baş rolunda yer alarkən, filmin prodüserliyini də üstlənəcək.

Bildiyimiz kimi, norveçli yazıçı Jo Nesbø‘nun roman seriyasından filmə adaptasiya olunan, Tomas Alfredson imzalı "Qar adam"nın (The Snowman), böyük gözləntilərlə premyerası olmasına rəğmən, yaratdığı xəyal qırıqlığı ilə xeyli müzakirlərə səbəb olmuşdu. Dedektiv Harry Hole’un bir cinayəti aşkarlamaq müddətini mövzu götürən filmdə, bu xarakterə ən son Dark Phoenix filmində izlədiyimiz Maykl Fassbender (Michael Fassbender) həyat verirdi. Filmoqrafiyasına baxtıqda, bugünə qədər bir çox fərqli janrda filmlərdə yer alan, çox peşəkar rejissorlarla çalışıb, möhtəşəm performanslar ortaya qoyan Fassbender, "Qar adam"da (The Snowman) zəif və izləyicinin xarakterlə bağ qurmasına mane olan bir aktyorluq nümayiş etdirmişdi.

Картинки по запросу Michael Fassbender films

Görünür dedektiv rolunu oynamağı çox sevir. Çünkü Maykl Fassbender (Michael Fassbender), yeni filmi "Malko"da dedektivlikdən uzaq olmayan agent Malko Linge rolunda qarşımıza çıxacaq. Film, Gérard de Villiers‘in bütün dünyada çox satılan S.A.S. kitab seriyasının bir adaptasiyası olacaq və yazıçının Checkpoint Charlie adlı romanını mərkəzə gətirəcək.

Baş rolda yer alacaq Maykl Fassbender (Michael Fassbender), eyni zamanda filmin prodüserliyini də üstlənəcək. Filmdə hər hansı bir yere bağlı olmayan, öz doğru hesab etdiyi yolla hərəkət edən Avstraliya əsilli agent Milko Linge’in macəralarını izləyəcəyik. Lionsgate’in haqlarını satın aldığı filmin ssenarisini American Hustle’ın “Oskar” namizədi ssenaristi Erik Uorren Singer (Eric Warren Singer) yazacaq. American Hustle və daha əvvəl ssenarisini yazdığı The International filmi ilə oxşar olan ssenaristin, daha əvvəl çox nümunəsini gördüyümüz agent tipləməsinə necə bir yenilik qatacağı maraq doğurur.

Похожее изображение

Filmin çəkilişlərinin nə vaxt başlayacağı hələ məlum deyil. Maykl Fassbender (Michael Fassbender), bu yay 2015-ci il istehsalı qısa film Kung Fury’nin uzunmetrajlı versiyasının çəkilişləri ilə məşgul olacaq. Bundan əlavə Maykl Fassbender (Michael Fassbender), Mel Gibsonun rejissoru olacağı The Wild Bunch yeni versiyasında rol almaq üçün görüşlərini davam etdirir. The Wild Bunch’da yer almağı qəbul etdiyi halda, "Milko"yu yaxın vaxtda izləmə ehtimalımız çətinləşir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər