Xoakin Feniksin Rol Aldığı "Joker" Filmi 18+ Olacaq!

19 Iyun, 2019

Xoakin Feniksin (Joaquin Phoenix) baş rolunu üstləndiyi, Todd Fillips (Todd Phillips) imzalı "Joker" filminin, 18+ yaş həddi ilə premyerası keçiriləcək. Filmsevərləri həyəcanlandıran bu açıqlamayı verən Todd Fillips (Todd Phillips), eyni zamanda filmdən yeni bir kadr paylaşdı.

Təxminən bir il yarımdır film gündəmini məşğul edən "Joker" filmi, bu ilin ən çox maraq oyandıran proyektlərdən biri. DC Comics’in sevilən komiksini böyük ekrana adaptasiya edən, ancaq bu mövzuda Marvel qədər uğur qazana bilməyən Warner Bros’un, Joker xarakterini ekrana hansı formada təqdim edəcəyi haqda bəzi şübhələr oyandırırdı.. Supermen, BatmənWonder Woman kimi super qəhrəmanların yer aldığı bir kainat quran Warner Bros, Joker üçün fərqli bir strategiya tətbiq etdi və bu filmin DC Genişləndirilmiş Kainatından asılı olmayaraq çəkilməsinə qərar verdi.

Картинки по запросу ‘Joker’ Movie Will Be R-Rated, Confirms Director Todd Phillips

Bu vəziyyət, filmdən yayımlanan ilk uzunmetrajlı treylerlə bərabər, adi bir super qəhrəman filmi izləyəcəyimiz mövzusundakı şübhələri bir az da olsa aradan qaldırmağı bacardı. Əlavə olaraq filmin, kassa gəlirini fikrləşmədən 18+ olaraq premyerasının olmasının dəqiqləşməsi yaxşı hal oldu.

Hangover seriyasından tanıdığımız Todd Fillipsin (Todd Phillips) rejisor kürsüsünə oturduğu "Joker" filmi, "Dedpul" (Deadpool) və Logan’ın açdığı yoldan irəliləyərək 18+ olaraq böyük ekranda yerini alacaq. "Dedpul" (Deadpool) və Logan filmlərinin uğuru, super qəhrəman filmlərinə fərqli bir yanaşma gətirərkən, bir kainata bağlı olmadan çəkilən bu filmlər, super qəhrəmanın motivasiyasını çox uğurla təqdim edən proyektlər olaraq qarşımıza çıxdı. "Joker"in də bu yanaşma ilə çəkilmiş olması, bugünə qədərki ən uğurlu DC adaptasiyalarından birini izləyəciyimizin siqnallarını verir.

Картинки по запросу ‘Joker’ Movie Will Be R-Rated, Confirms Director Todd Phillips

Peşəkar aktyor Xoakin Feniksin (Joaquin Phoenix) Joker’i canlandırdığı film, cəmiyyət tərəfindən təcrid edilmiş bir komediyaçı olan Arthur Fleck’in cinayətkar dünyasına addım atmasını və getdikcə Joker olaraq bilinən cinayət dahisinə çevrilməsindən bəhs edir. Xoakin Feniks (Joaquin Phoenix) ilə bərabər filmin aktyor heyətində Robert De Niro, Zazi Bitts (Zazie Beetz), Şi Uiqem (Shea Whigham), Bill CampMarc Maron kimi  məşhur simalar yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər