Kira Naytlinin “Official Secrets” Filmindən İlk Treyler Yayımlandı!

15 Iyun, 2019

Dünya premyerasını “Sundance Film Festivalı”nda edən siyasi intriqa filmi “Official Secrets”dən ilk treyler yayımlandı. Kira Naytlinin (Keira Knightley) baş rolunu üstləndiyi filmin, bu il premyerası planlaşdırılır.

Gavin Wood’un rejissorluğunu etdiyi, baş rollarında isə Kira Naytli (Keira Knightley), Matt Smith, Mettyu Qud (Matthew Goode), Ris İvans (Rhys Ifans) və Ralf Faynsın (Ralph Fiennes) yer aldığı siyasi intriqa filmi “Official Secrets”dən ilk treyler yayımlandı.

Картинки по запросу ‘Official Secrets’ Trailer Has Keira Knightley Breaking the Law to Stop the Iraq War

Dünya premyerasını bu il “Sundance Film Festivalı”nda edən “Official Secrets”, 2003-cü ildə ABŞ-ın İraqda gerçəkləşdirdiyi qanundankənar proseslərə aid gizli sənədləri ictimaiətlə paylaşan ingilis kəşfiyyat dairəsi GCHQ tərcüməçisi Katherine Gun’ın hekayəsindən bəhs edir.

Filmdə Kira Naytli (Keira Knightley), Katherine Gun rolunda izləyici qarşısına çıxır. Matt Smith isə BBC Dünya Servisi və The Guardian’da etdiyi işləri ilə bilinən ingilis jurnalist Martin Bright’ı canlandırır. Filmdə Kira Naytli (Keira Knightley) və Smith’lə yanaşı digər adlar arasında isə Knightley’nin də yer aldığı "İmitasiya oyunu"nda (The Imitation Game) Hugh Alexander rolunda izləyici qarşısına çıxan Mettyu Qud (Matthew Goode) və "Şindlerin siyahısı" (Schindler’s List), The Grand Budapest Hotel kimi istedadlı proyektlərdə rol alan Ralf Fayns (Ralph Fiennes) iştirak edir. NSA’in qanundankənar müşahidə etmə teknikasının ictimaiətə sızdırılma hekayəsini mövzu götürən Snowden’da Corbin O’Brian’ı canlandıran Rhys Ifans da filmin aktyor heyətində yer alan  bir digər simadır.




Olduqca sürətli irəliləyən ilk treyler Katherine Gun’ın inandığı dəyərləri müdafiə etmək məqsədi ilə verdiyi qərarın şəxsi yaşayışı üzərindəki təsirlərini göstərir. İngiltərədə dövrün siyasi atmosferasının da xatırladıldığı treyler, Gun’ın ona maneçilik törədən xarici təsirlərə qarşı mübarizəsini vurğulayır.




Film üçün hazırlıqlara 2016-cı ildə başlanmış, ilk etapda aktyor heyəti üçün Harrison Ford, Entoni Hopkins (Anthony Hopkins), Paul Bettany, Natali Dormer (Natalie Dormer) və Martin Friman (Martin Freeman) kimi adlar düşünülmüşdü. Filmin rejissorluğunu isə Castin Çadvik (Justin Chadwick) üstlənəcəkdi. Ancaq 2018-ci ilin yanvarında Gavin Hood’un rejissor kürsüsünə oturacağı açıqlandıqdan sonra aktyor heyəti də yenidən formalaşdı və çəkilişlər ancaq 12 mart 2018-ci ildə başlaya bildi. Dünya premyerasını “Sundance Film Festivalı”nda edən “Official Secrets” filminin 23 avqustda ABŞ-da premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər