Empire’a danışan Kventin Tarantino (Quentin Tarantino) Star Trek" filminin ssenarisinin tamamlandığını doğrularkən, filmin rejissoru olacağı təqdirdə, 18+ yaş həddi alan bir “Star Trek” filmi izləyəcəyimizi ifadə etdi.
Bu aralar, dünya premyerasını 72-ci Kann Film Festivalında edənyeni filmi “Bir dəfə Hollivudda”nın (Once Upon a Time… in Hollywood) tanıtım işləri ilə məşğul olan Kventin Tarantino (Quentin Tarantino) , Empire’a verdiyi müsahibədə bir müddətdir gündəmdə olan “Star Trek” filmi haqqında önəmli açıqlamalar verdi. Tarantinonun yazdığı bir hekayədən yola çıxaraq hazırlanan yeni “Star Trek” proyekti üçün hazırlıqların davam etdiyini doğrulayan peşəkar rejissor, filmin ssenarisinin tamamlandığını açıqladı.
Vacancy, "Sağ qalan" (The Revenant) və Overlord kimi filmlərlə tanınan Mark L. Smitin (Mark L. Smith) qələmə aldığı deyilən ssenarinin tamamlandığı yönündəki xəbərləri doğrulayan Tarantino, özünün ssenariyə göz gəzdirib fikirlərini deməsi lazım olduğunu, ama hələ bunu etməyə fürsət tapmadığını vurğuladı. Kventin Tarantino (Quentin Tarantino), “Star Trek” filminin 18+ yaş həddi alacaq bir film olacağını açıqladı.
Tarantinoya yeni “Star Trek”in digər filmleəri kimi 18+ yaş həddi alıb almayacağı da soruşuldu. Proyektin 18+ yaş həddi alacaq bir film olduğunu qeyd edən Tarantino, özünün çəkməsi təqdirdə şübhəsiz 18+ bir film olacağını qeyd etdi. Tarantinonun bu açıqlaması peşəkar rejissorun sadəcə filmin hekayəsini yazmaqla kifayətlənməyib, rejissor kürsüsünə də otura biləcəyini göstərdi.
Cey Cey Abramsın (J.J. Abrams) prodüseri olduğu “Star Trek” seriyasının dördüncü filmi təxirə salınarkən, Tarantinonun proyekti haqqında addımlar atılması, izləyicimizin bir sonraki “Star Trek” filminin Tarantino imzası daşıma ehtimalını artırır. Əlbəttə filmin çəkiləcəyi təqdirdə Cey Cey Abrams prodüserlər arasında yer almağa davam edəcək.