Warner Bros. idarəçisi Toby Emmerich’in verdiyi açıqlamalar, 13 mart 2020-ci ildə premyerası olacağı açıqlanan "Qodzilla və Kinq-Konq"un (Godzilla vs. Kong) 2020-nin son aylarına ertələnə biləcəyini göstərdi.
"Qodzilla və Kinq-Konq" (Godzilla vs. Kong) kimi film tarixində önəmli yerə sahib varlıqları bir araya gətirəcək yeni bir film dünyası qurmağı hədəfləyən Legendary, MonsterVerse adını verdiyi bu kainatı yavaş-yavaş formalaşdırır. Bu kainatın ilk filmi olan Qodzilla, 2014-cü ildə premyerası olmuş, onu 2017-ci il istehsalı Kong: Skull Island davam etdirmişdi. Yenə bu kainatda olan "Qodzilla: Bədheybətlərin Kralı" (Godzilla: King of the Monsters) isə ötən günlərdə filmsevərlərə təqdim edildi.
Bu vaxta kimi Qodzilla və Kinq-Konqun filmlərini filmsevərlərin ixtiyarına verən Legendary, 2020-ci ildə premyerası olacaq "Qodzilla və Kinq-Konq"la (Godzilla vs. Kong) bu iki əfsanəvi varlığı böyük ekranda bir araya gətirəcək. Ancaq bu filmi izləmək üçün ilk başda açıqlanandan daha uzun müddət gözləməyimiz lazım olacaq kimi görünür.
"Qonaq" (The Guest) və "Sonun Çatdı" (You’re Next) kimi sevilən qorxu filmlərinin rejissoru olan Adam Vinqardın (Adam Wingard) rejissor kürsüsünə oturduğu "Qodzilla və Kinq-Konq"un (Godzilla vs. Kong) 13 mart 2020-ci ildə premyerası olacağı açıqlanmışdı. Ancaq Warner Bros. idarəçisi Toby Emmerich’in ötən günlərdə verdiyi açıqlamalar, filmin mart ayı yerinə, 2020-ci ilin son aylarında izləyicilərə təqdim ediləcəyini göstərir.
Filmin ABŞ-dakı paylaşımını üstlənən Warner Bros.dən edilən bu açıqlamada, izləyicilərə A+ bir film təqdim etmək istədikləri, bu səbəbdən də premyera tarixinin 2020-ci ilin son aylarına ertələnə biləcəyi vurğulandı. Hələ ertələmə qərarı ilə bağlı rəsmi bir açıqlama edilməmiş olsa da, bu yöndə bir açıqlamanın çok yaxında edilməsi gözlənir.
Ötən günlərdə premyerası olan "Qodzilla: Bədheybətlərin Kralı"nın (Godzilla: King of the Monsters) çox bəyənilməməsinin bu qərarda rol oynayıb oynamadığı bilinmir. Ancaq studiyanın gələn reaksiyaları nəzərə alaraq, filmə bəzi dəyişikliklər etmək istəməsi çox da sürpriz olmaz.