“Rembo 5: Axırıncı Qan” Filmindən Yeni Treyler Yayımlandı!

03 Iyun, 2019

Silvestr Stalonnenin (Sylvester Stallone) yenidən Rembo rolu ilə filmsevərlərin qarşısına çıxacağı “Rembo 5: Axırıncı Qan”dan (Rembo: Last Blood) yeni treyler yayımlandı. Rembonun hekayəsini nöqtələməsi gözlənilən filmin, 20 sentyabrda premyerası gözlənilir.

Rokki seriyasını yenidən canlandıran  “Krid”lə (Creed) büyük uğur qazanan və illər sonra ikinci “Oskar” namizədliyini qazanan Silvestr Stalonne (Sylvester Stallone), bu dəfə Rembo seriyası üçün eynisini etməyə ümid edir. Rokki ilə birlikdə Silvestr Stalonne (Sylvester Stallone) ilə bütünləşən iki seriyadan biri olan Rembo, 11 il sonra böyük ekrana geri qayıdır. Seriyanın 5-ci filmi olan “Rembo 5: Axırıncı Qan” (Rembo: Last Blood), bu il filmsevərlərin ixtiyarına veriləcək.

Картинки по запросу Stallone Rambo: Last Blood stallone

1982-ci il istehsalı First Blood’dan sonra çıxan Rembo filmləri sadəcə işin kəskin tərəfinə hədəflənməmiş olsa da, Silvestr Stalonne (Sylvester Stallone) bu dəfə seriyanın köklərinə geri qayıdaraq bir müharibə qazisinin yaşadığı çətinlikləri də hekayənin bir parçası halına gətirməyə hazırlaşır. Filmdən yayımlanan ilk treyler də Last Blood’ın bu yöndən əvvəlki davam filmlərindən ayrılmağa niyyətli olduğunu göstərir. Əlbəttə bu vəziyyət filmin təməlində şiddət dozası yüksək bir kəskin janrlı film olduğu gerçəyini dəyişdirmir.



İllərcə xaricdə macəradan macəraya atıldıqdan sonra Arizonadakı ailə fermasında səssiz sakit bir yaşam keçirtməyi planlayan Rembo, bir Meksika karteli tərəfindən qaçırılan gənc qadınları qurtarmaq üçün bu planını təxirə salmaq məcburiyyətində qalacaq. Həm Silvestr Stalonnenin (Sylvester Stallone) bugünə qədər verdiyi açıqlamalar, həm də filmdən yayımlanan treylerdəki Last Blood vurğusu, bu filmin Rembonun hekayəsini nöqtələcəyini göstərir.

Картинки по запросу Stallone Rambo: Last Blood trailer

Silvestr Stalonnenin (Sylvester Stallone) ssenarisini “Absentia” serialının yaradıcısı Matthew Cirulnick ilə birlikdə qələmə aldığı filmin rejissor kürsüsündə, 2012-ci ildə Mel Gibsonun oynadığı Get the Gringo ilə ilk uzunmetrajlı filminə imza atan Adrian Grunberg oturur.
Filmin aktyor heyətində Silvestr Stalonne (Sylvester Stallone) ilə yanaşı Adriana Barrasa   (Adriana Barraza), Pas Veqa (Paz Vega), Yvette Monreal, Sergio Peris-Mencheta, Oscar JaenadamJoaquín Cosío kimi aktyorlar iştirak edir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər