Rasim Rza oğlu İsmayılov 13 iyul 1936-cı ildə Bakıda anadan olub. 1958-ci ildə "Bakı" kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963-1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olub. Həyat yoldaşı - jurnalist, ssenarist və teleaparıcı Nadejda İsmayılovadır. Cəmilə adlı qızı var. Cəmil, Sənan və Byadjio-Antonio-Palombo adlı üç nəvəsi var. Qardaşı Rafis İsmayılov Azərbaycanın xalq rəssamıdır, daha bir qardaşı Rais İsmayılov telerejissordur. İtaliyada yaşayır. Rais İsmayılov "Nəsimi", "Babək", "Yeddi oğul istərəm", "Yenilməz batalyon", "Gün keçdi" və sair filmlərin operatorudur. Rasim İsmayılov 5 may 2004-cü ildə Bakıda vəfat edib və Mərdəkan qəbiristanlığında dəfn edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rasim_%C4%B0smay%C4%B1lov