Madhuri Dikşit
Aktrisa
Madhuri Şankar Dikşit 15 may 1967-ci ildə Hindistanın Mumbay şəhərində marathi dilində danışan və hinduizmdə ali kastaya — brahmanlar kastasına aid ailədə anadan olub. Valideynləri Şankar və Snehalata Dikşitdir. Ailədə 4 uşaqdırlar. Madhuri ailənin son beşiyidir, özündən böyük iki bacısı (Rupa və Bharati) və bir qardaşı (Acit) var. “Alovlu ehtiras”, “Ürək”, “Məhəbbət arzulayarkən”, “Sənin üçün kiməm?”, “Dəlisov məhəbbət”, “Çağırış”, “Devdas” və digər filmlərdəki rolları ilə məşhurdur. Ən yaxşı aktrisa nominasiyasında rekord sayda - 13 dəfə Filmfare mükafatına namizəd və beş mükafat qalibidir. 2008-ci ildə Hindistanın ən ali vətəndaş mükafatı Padma Şri ordeni ilə təltif olunub. Madhuri məktəbi bitirdikdən sonra Mumbay Universitetinə mikrobiologiya fakültəsinə daxil olur. Bundan başqa milli hind rəqsi kataka yiyələnib. 1984-cü ildə Madhuri “Sadəlövh” filmində debüt edir. İkinci dərəcəli rollarda çəkilən aktrisa yalnız 1988-ci ildə “Alovlu ehtiras” filmində baş rolda çəkilir. Film ilin ən baxılan filmləri sırasında yer alır. Növbəti il Dikşit “Ram və Lakhan” filmindəki rolu məşhurlaşır. Mithun Çakraborti ilə “Məhəbbət andı” filmindəki rolu ona ikinci dəfə Filmfare mükafatına namizəd edir. 1990-cı ildə Amir Xanla çəkildiyi “Ürək” filmindəki roluna görə “Ən yaxşı aktrisa” üçüncü dəfə Filmfare mükafatına namizəd olur. Filmin qazandığı uğur sayəsində Madhuri Dikşit Bollivudun ən tanınmış ulduzuna çevrilir. Anil Akpurla çəkidiyi “Oğul” filmi ona ikinci dəfə Filmfare mükafatını qazandırır. Dhak Dhak Karne Laga musiqisi altında ifa etdiyi rəqs Bollivud kino tarixinə həkk olundu. “Cani” (1993), “Kapriz” (1994) filmlərində çəkilib. “Mən sənin üçün kiməm?” (1994) filmindəki roluna görə üçüncü dəfə Filmfare mükafatına sahib olur. 1995-1997-ci illərdə Dikşitin çəkildiyi filmlər uğursuz olur. Yalnız Şahruh Xan və Karişma Kapurla çəkidiyi “Dəlisov ürək” filmi Madhurini yenidən sənət zirvəsinə ucaldır. 2002-ci ildə Madhuri “Devdas” filmində Çandramukhi roluna dəvət alır. Filmdə onun tərəf-müqabilləri Şahrux Xan və Ayşvari Ray olub. Film Kann festivalında təqdim olunub. Nəticəsə ilin ən gəlirli layihəsinə çevrilərək Madhuriyə Filmfare mükafatını qazandırır. 1997-ci ildə Madhuri Dikşit ailə qurub və kinodan uzaqlaşaraq əri ilə birlikdə ABŞ-a köçür. Aktrisanın iki övladı var. Lakin 2007-ci ildə Madhuri Bollivuda qayıdaraq “Gəlin rəqs edək”! musiqili komediya filmində çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/madhuri_dikshit/