Maykl K. Holl

Maykl K. Holl

Aktyor, prodüser

BİOQRAFİYA
Maykl Karlayn Holl 1 fevral 1971-ci ildə ABŞ-ın Şimali Karolina ştatında anadan olub. Anası psixi sağlamlıq üzrə müşavir olub, atası IBM şirkətində çalışıb. Holl ailənin yeganə övladıdır. Atası 1982-ci ildə prostat xərçəngindən dünyasını dəyişib. Həmin vaxt Hollun on bir yaşı var idi. Holl 1989-cu ildə Reynvenskroft məktəbini, 1993-cü ildə Erlem kollecini bitirib. Orada incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Hollun aktyorluq karyerası 1999-cu ildən etibarən başlayır. Sem Mendes onu “Kabare” müziklına dəvət edir. Daha sonra Holl “Müştəri hər zaman ölüdür” serialında Devid Fişeri oynayıb. Serialın ilk mövsümündə çıxışına görə “Emmi” nominasiyası qazanır. 2003-cü ildə “Qisas saatı” filminə çəkilib. 2009-cu ildə sentyabr ayında onun iştirakı ilə “Geymer” filmi ekranlara çıxıb. 2010-cu ildə hüquq mühafizə orqanlarında çalışan silsilə qatildən bəhs edən “Dekster” serialında iştirakına görə “Qızıl qlobus” mükafatına layiq görülüb. 2008-ci ildə “Qızıl qlobus” və “Emmi” nominantı olub. Daha çox “Dekster” (2006-2013) serialında Dekster Morqan rolu ilə məşhurlaşıb. Bundan başqa “Müştəri hər zaman ölüdür” (2001-2005) serialında iştirakına görə tanınır. O eyni zamanda serialın sonrakı mövsümlərinin prodüseri olub. 2002-ci ildə Holl aktrisa Emi Spanqerlə ailə qurub. Cütlük 2006-cı ildə yollarını ayırıb. 2007-ci ildən etibarən aktrisa Cennifer Karpenterlə görüşüb (Dekster serialında personajının bacısını oynayan aktrisa – qeyd). Onlar 2008-ci ildə münasibətlərini rəsmiləşdiriblər. Lakin 2010-cu ildə cütlük yollarını ayırdıqlarını elan edib. 2012-ci ildə Holl yazıçı və ədəbi tənqidçi Morqan Makqreqorla görüşməyə başlayıb. Onlar 2016-cı ildə Nyu-Yorkda evləniblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BB%D0%BB,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB_%D0%9A%D0%B0%D1%80%D0%BB%D0%B0%D0%B9%D0%BB

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç