Aleks Uinter

Aleks Uinter

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Aleksandr Ross Uinter 17 iyul 1965-ci ildə İngiltərənin paytaxtı London şəhərində dünyaya göz açıb. Anası amerikalı rəqqasə, atası avstraliyalı rəqqas olub. Uinter özü də uşaqlıqda rəqqaslıq dərslərinə gedib. Yəhudi ailəsində böyüyüb. Stiven adlı ögey qardaşı var. Beş yaşında olanda ailəsi ABŞ-ın Missuri ştatına köçüb. Atası orada “Mid-American Dance Company” rəqs truppasına rəhbərlik edib, anası isə Vaşinqton Universitetində rəqs müəllimi işləyib. Valideynləri 1973-cü ildə boşanıblar. 1978-ci ildə Uinter Nyu-Yorka köçüb. 1983-cü ildə Monkler orta məktəbini bitirib. Daha sonra Tiş İncəsənət Məktəbinə (Nyu-York universiteti nəzdində) qəbul olunub. Tələbə olduğu illərdə gələcək kinorejissor Tom Sternlə tanış olub. Birlikdə bir sıra 16mm qısametrajlı filmlər çəkiblər. Hər iki universiteti fərqlənmə ilə bitirib. Daha çox 1989-cu ilin “Bill və Tedin möhtəşəm macəraları” kinokomediyası və onun sikvelində oynadığı Bill S. Preston rolu ilə məşhurdur. O eyni zamanda “İtkin oğlanlar” vampir filmində (1987) Marko rolu ilə yadda qalıb. 1993-cü ildən etibarən ssenarist və rejissor kimi də fəaliyyət göstərir. Aktyor-rejissor iki dəfə evli olub. Birinci həyat yoldaşı Sonya Dousondur. Onların 1998-ci il təvəllüdlü oğlu var. İkinci həyat yoldaşı Remsi Enn Nayto ilə isə 2010-cu ildə ailə qurub. Onların iki övladı var. Uinter ikili vətəndaşlığı var (Britaniya və ABŞ). 2018-ci ildə Aleksandr 13 yaşında olanda Brodvey səhnəsində özündən yaşlı şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığını etiraf edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alex_Winter

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç