Qadir Xan
Ssenarist, aktyor
Qadir Xan - hindistanlı aktyor və ssenaristdir. 300-dən çox filmlə çəkilib. İlk çəkildiyi film 1973-cü ildə ekranlara çıxmış “Qəlbimdəki daş” filmi sayılır. Ssenarist olaraq iki yüzdən çox filmə dialoq yazıb. 22 oktyabr 1937-ci ildə Kamatipure şəhərində anadan olub. Uşaqlığı doğma şəhərində keçib. Yeniyetməlik illərindən teatra böyük maraq göstərib. Bir neçə il sonra teatr xadimi Əşrəf xanla tanış olub və aktyor qismində səhnəyə çıxmağa başlayıb. Sonradan pyeslər yazmağa başlayıb. 1972-ci ildə Jawani Diwani filminə ssenari yazıb. Həmin işə görə cəmi 1500 rupi mükafat alıb. Khel Khel Mein (1975) filminə yazdığı dialoq isə artıq ona 10 min rupi qazandırıb. Növbəti illərdə həmin dönəmlərin məşhur hind kinorejissorları Manmohan Desai və Prakaş Mehri ilə əməkdaşlığa başlayıb: “Əbədi sevgi nağılı” (1977), “Amar, Əkbər, Entoni” (1977), “Daşıyıcı” (1983), “Alın yazısı” (1978), “Yetim” (1981), “Əyyaş” (1984) kimi filmlərin ssenari müəllifi olub. Eyni zamanda Cənubi Hindistanın prodüser evi ilə sıx iş birliyi olub. “Himmatvala” (1983), “Hakim Çoudhuri” (1983), “Mavali” (1983), “Tövhə” (1984), “Heysiyyət” (1984), “Naya Kadam” (1984) kimi filmlərinin ssenarisinin yazılmasında iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD,_%D0%9A%D0%B0%D0%B4%D0%B5%D1%80