Manmohan Desai

Manmohan Desai

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Manmohan Desai 26 fevral 1937-ci ildə Hindistanda anadan olub. “Nağılbazlıq” sirrinə malik olan dahi rejissor və ssenaristdir. Bollivudun “qızıl era”sının ən parlaq simalarından sayılır. Filmlərində realizmdən uzaq idealistik aləmi tərənnüm edib. Qucarat əsillidir. Atası hindistanlı kinoprodüser və "Paramount Studios" (sonralar "Filmalaya") studiyasının sahibi olub. Desainin böyük qardaşı 1950-ci illərdə prodüserliklə məşğul olub və onun Raç Kapurun iştirakı ilə çəkdiyi ilk “Fırıldaqçı” adlı filminə prodüserlik edib. Daha çox “Taleh” (Naseeb, 1981), “Qismət” (1969), “Raca” (Mard, 1985), “Kələk ustası” (1963) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına görə, karyerası ərzində 21 filmin rejissoru olub. Həyat yoldaşı Civanprabha Desai olub. 1979-cu ildə vəfat edib. 1992-ci ildən 1994-cü ilə (ölümünə) kimi aktrisa Nanda ilə nişanlı olub. Ketan Desai adlı oğlu var (Kançan Kapurun həyat yoldaşı) 1 mart 1994-cü ildə Manmohan Desai Qirqaun şəhərində eyvandan aşağı yıxılaraq ölüb. Onun son illər xroniki bel ağrılarından əziyyət çəkdiyi bildirilir. Rejissorun intihar məqsədilə eyvandan özünü atdığı haqda şayələr yayılsa da, bu məlumatlar təsdiqini tapmayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Manmohan_Desai

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç