Kristofer Makdonald

Kristofer Makdonald

Aktyor

BİOQRAFİYA

Kristof Makdonald 15 fevral 1955-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası daşınmaz əmlak alqı-satqısı üzrə agent, atası müəllim olub. Uşaqlığı Nyu-Yorkun şəhərətrafı Romulus qəsəbəsində keçib. Hobart-kollecini bitirib, “Karra Alpha” qardaşlığının fəal üzvü olub. Aktyorun bədii arsenalında çoxsaylı kino və televiziya filmləri yer alır. Karyerasının ən əlamətdar filmləri “Telma və Luis” («Thelma and Louise», 1991), “Qoca deyingənlər” («Grumpy Old Men», 1993), “Televiktorina” («Quiz Show», 1994), “Flabber” («Flubber», 1997), “Fakültə” («The Faculty», 1998), “İdeal qasırğa” («The Perfect Storm», 2000), “Ev həbsi” («House Arrest», 1996), “Çirkli iş”  («Dirty Work», 1998), “Amerika piroqu: Çılpaq mil” («American Pie 5: The Naked Mile», 2006), “Sınmış güllər” («Broken Flowers», 2005) və “Casus uşaqları 2: Həyat keçməmiş arzular adası” («Spy Kids 2: The Island of Lost Dreams», 2002) və sair filmləri sayılır. Kris Makdonald Lüp Qidli ilə evlidir, dörd övladı var. Daha çox “Bəxtəvər Gilmor” və “Flabber” filmlərində canlandırdığı obrazlarla yadda qalıb. Krisfoter Makdonald filmlərdə başlıca olaraq təkəbbürlü, yerə-göyə sığmayan, ərköyün insan obrazları yaradır. Buna misal kimi “Bəxtəvər Gilmor” (Happy Gilmore, 1996) filmindən Şuter Makqavin və ya “Arzu üçün reykviyem” (Requiem for a Dream, 2000) dramından Teppi Tibbons rolunu göstərmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%B4%D0%BE%D0%BD%D0%B0%D0%BB%D1%8C%D0%B4,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%BE%D1%84%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç